21 Fevral 2022, 14:38

Dubaya vizanı lap ucuz necə almaq olar? Sərfəli variantlarla tanış olun

Dubaya vizanı lap ucuz necə almaq olar? Sərfəli variantlarla tanış olun

WizzAir Bakıdan Əbu-Dabiyə birbaşa reyslər həyata keçirir. Hazırda reys sayı həftədə dörd dəfədir. Bloger Azər İsmayılın sözlərinə görə, biletlər əksər hallarda əlçatan, yəni ucuz olur, hətta bəzi hallarda bir tərəfə 10 avrodan da aşağı təklif olunur. Amma BƏƏ vizasının qiyməti ora getməkdən çox vaxt çəkindirir.

Hazırda BƏƏ turistik vizasının qiyməti 90+ dollardır. Amma daha maraqlı variant var. Belə ki, 48 və ya 96 saatlıq Əbu-Dabi tranzit vizası almaqla bu xərci azalda bilərsiniz.

  • 48 saatlıq viza 25 USD,
  • 96 saatlıq viza isə 45 USD.

Amma tranzit vizası üçün vacib şərt odur ki, Əbu Dabiyə giriş və çıxış aviabiletləri lazımdır, çıxış aviabileti Bakıya olmalı deyil. Yoxsa bu tranzit viza sayılmayacaq. 48 və ya 96 saatdan artıq qalmaq isə çox böyük cərimə ilə nəticələnə bilər. BƏƏ bu məsələdə sərtdir.

Tranzit və sadə turistik vizaları http://www.pickvisa.az saytından heç hara getmədən 2-3 iş gününə ala bilərsiniz.

Qeyd edək ki, WizzAir Əbu-Dabidən 33 müxtəlif şəhərə birbaşa uçuşlar edir. Qiymətlər isə təxmini 10 avrodan başlayır. 
7-14 aprel Bakı-Əbu Dabi-Bakı 48 avro, 9-12 aprel Əbu Dabi-Sarayevo- Əbu Dabi 46 avrodur. İki dəfə 48 saatlıq tranzit viza 50 USD olub. Beləliklə, həm BƏƏ-ni, həm də Bosniyanı görürsünüz.

Dubay: “Arzular şəhəri"nə səyahət etməyin vaxtıdır. Biz sizə bahalı Əmirlikdə qənaətlə necə istirahət edəcəyinizi söyləyirik

Və ya Bakı-Əbu Dabi – 3-cü şəhər uça və Bakıya başqa yerdən qayıda bilərsiniz. Bu halda Əbu Dabidə qaldığınız zamandan asılı olaraq 48 və ya 96 saatlıq viza almaq olar.
31 marta kimi isə Dubaya getsəniz EXPO 2020-də də iştirak edə bilərsiniz.