8 Fevral 2022, 18:02

Dünyanın ən romantik şəhərləri - REYTİNQ

Tədqiqat səkkiz meyar əsasında aparılıb
Dünyanın ən romantik şəhərləri - REYTİNQ

WeThrift mütəxəssislər qrupu dünyanın ən romantik şəhərlərinin siyahısını müəyyən edib. Tədqiqat səkkiz meyar əsasında aparılıb, o cümlədən: hər bir şəhərdə sevən cütlüklər üçün tədbirlərinin sayı, müvafiq restoranların, otellərin, spa mərkəzlərinin, attraksionların sayı və müxtəlif yerlərdə qürub fotoları üçün Instagram heşteqlərinin sayı nəzərə alınıb.

Nəticələr göstərir ki, hazırda London dünyanın ən romantik şəhəridir.

Yəni britaniyalılar Sevgililər Gününü qeyd etmək üçün uzağa getməyə məcbur olmayacaqlar.

İngiltərənin paytaxtı Londonun bu qədər romantik restorana ev sahibliyi etməsi təəccüblü deyil. Onların sayı 1909-dur - dünyanın hər yerindən çox. Bundan əlavə, London sevənlərə yönəlik 1053 tədbirlə ev sahibliyi edir.

Bir çoxları ənənəvi olaraq Parisi dünyanın ən romantik məkanı hesab etsə də, Fransanın paytaxtı bu dəfə cəmi 76,3 balla ikinci yerdə qərarlaşıb. 

Üçüncü yerdə 66,1 xalla "Barselona" qərarlaşıb. Ümumilikdə, dünyaca məşhur Sagrada Familia da daxil olmaqla, 749 romantik attraksiona malikdir.

Avropadan kənarda Tokio ən yüksək 65,7 xal topladı ki, bu da dördüncü yer üçün kifayət qədər yaxşı idi. Tokioda dünyanın digər şəhərlərindən daha çox spa və sağlamlıq mərkəzi var. Yaponiyanın paytaxtında cütlüklərin istirahət etməsi üçün 1221 yer var.

ABŞ-da Nyu-York şəhəri 80 baldan 65,3 bal toplayıb və dünyada beşinci yeri tutub. Məlum olub ki, Nyu York gün batımını izləmək üçün mükəmməl yerdir, təsadüfi deyil ki, #sunset həşteqi İnstaqramda şəhərin fotolarında 28 074 dəfə istifadə olunub. Los-Anceles 50,6 ümumi xalla reytinqdə on beşinci yerdə qərarlaşıb.

İlk onluqda qalan yerlər aşağıdakı kimi bölüşdürülüb. Roma altıncı yerdə qərarlaşıb (65,1). Orada pizza, makaron və şərabla vaxt keçirə biləcəyiniz 1386 rahat restoran tapılıb. İstanbul yeddinci yerdədir - 63,5. İnstaqramda şəhər haqqında 121 902 707 paylaşım olub. Moskva - 60 xal - səkkizinci yerdədir - Rusiyanın paytaxtı romantik gəzintilər üçün ideal olan təsirli 262 təbiət parkına malikdir.

Dubay nədənsə doqquzuncu yerdə idi və Sinqapur dünyanın ən romantik 10 şəhərini tamamlayır.

Beləliklə, dünyanın ən romantik 10 şəhəri:

London - 80 baldan 76,5 bal
Paris - 76,3
Barselona - 66,1
Tokio - 65,7
Nyu York - 65,3
Roma - 65,1
İstanbul - 63,5
Moskva - 60
Dubay - 58,2
Sinqapur - 55,5