Azərbaycanın bu kəndində 7 ay qışdır - VİDEO

Azərbaycanın bu kəndində 7 ay qışdır - VİDEO

Qusarın Ləzə kəndinə çatmaq heç də asan iş deyil. Oktyabr ayından aprelə qədər qara bürünən bu kənd dağın ortasında yerləşir desək, yanılmarıq. Qışda bu kənd esktremal turizmi sevənlərin ən çox ziyarət etdikləri yerdir. Xüsusən donmuş şəlaləni görmək üçün bura gənlər az deyil. 

Bakıdan 210 kilometr məsafədə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşən Ləzə Azərbaycanın ən ucqar kəndlərindən sayılır. Hal-hazırda kənddə 25-ə yaxın ev var.

Kəndin ən ilginc cəhətlərindən danışarkən: buraya çatmaq üçün keçəcəyiniz sıldırımlı yollar nə qədər təhlükəli və qorxunc görünsə də, bir o qədər möhtəşəm mənzərəsi ilə sizi heyran edəcək. 

Ləzə şəhərin stressini, yorğunluğunu atmaq üçün məkan kimi mükəmməl seçimdir.