Dünyanın müxtəlif yerlərində yaşayış yerləri, restoranlar və fəaliyyətlər üçün Tripadvisor-da il ərzində səyahət edənlərin rəyləri və reytinqləri əsasında Dubay dünyanın ən populyar səyahət istiqaməti seçilib, ondan sonrakı yerləri müvafiq olaraq London, Kankun və Bali tutur.
Xüsusilə türk lirəsinin ucuzlaşması ilə Türkiyədə istirahət yerlərinin populyarlaşdığı bildirilir və Tripadvisor istifadəçilərinin müəyyən etdiyi siyahıya İstanbul da daxil edilib.
Tripadvisor istifadəçiləri tərəfindən müəyyən edilən dünyanın ən populyar 25 istiqaməti sırasında Dubay, London, Kankun, Bali, Krit, Roma, Kabo San Lukas, İstanbul, Paris, Hurghada, Barselona, Marakeş, Tenerife, Korsika, Yeni Dehli, Sinqapur, Edinburq, Florensiya, Jaipur, Cusco, Bangkok, Doha, Phuket, Rio de Janeiro, Las Vegas da var. TripAdvisor istifadəçilərinin müəyyən etdiyi görməli yerlər siyahısında İspaniyanın Mayorka şəhəri birinci yerdə qərarlaşıb. Ondan sonra Qahirə, Rodos, Tulum, Dubrovnik, İbiza, Natal, Tanzaniyada Arusha, Türkiyədə Göreme və Pəri bacaları və Yunanıstanın Santorini adaları tutur.
Avropanın ən məşhur yerləri aşağıdakı kimidir:
London, Krit, Roma, İstanbul, Paris, Barselona, Tenerife, Korsika, Edinburq, Florensiya, Madrid, Lissabon, Amsterdam, Afina, Porto, Korfu, Madeyra, Venesiya, Praqa, Liverpul, Malta, Belek, Budapeşt, Krakov, Dublin