21 Yanvar 2022, 12:35

"Yatmış Gözəl" zirvəsində Azərbaycanın ən hündür yelləncəyi qurulub

Azərbaycanda ilk və yeni əyləncə növlərindən biri Qəbələdəki Tufandağ turizm mərkəzində açılıb. Burada quraşdırılan "Dağ yelləncəyi" və "Müşahidə nöqtəsi" 1920 metr yüksəklikdə yerləşən "Yatmış Gözəl" zirvəsindədir və həftənin bütün günləri saat 10:00-dan - 17:00-dək xidmət göstərir.

Yelləncəyin qiyməti ölçüsündən asılı olaraq, 15-20 manat arasında dəyişir. Müşahidə nöqtəsinə qalxmaq bir nəfər üçün 4 AZN, qrup üçün (maksimum 4 nəfər) 10 AZN təşkil edir.