18 Yanvar 2022, 15:55

Ayasofya və Topqapı Sarayı altında yeraltı tikililər tapıldı

İstanbulun altında Ayasofyaya aparan geniş tunel şəbəkəsinin olması ilə bağlı məşhur əfsanə arxeoloji işlər zamanı təsdiqini tapmadı.
Ayasofya və Topqapı Sarayı altında yeraltı tikililər tapıldı

Alimlər İstanbulun (Türkiyə) kult abidələri - Ayasofya, Topqapı sarayı və Müqəddəs İrini kilsəsinin altında 285 yeraltı tikili aşkar ediblər.

Doğan Haber Ajansı xəbər verir ki, arxeoloqlar Osmanlı dövrünə aid sənədləri tədqiq edib və onlardan əldə edilən məlumatlar əsasında tarixi yarımadada 285 yeraltı tikili aşkar ediblər. Onların arasında yeraltı sisternlər, quyular, su yolları və su anbarları var. Onların bir çoxu yararsız vəziyyətdədir, bəziləri artıq yoxdur.

Tədqiqat təxminən üç il davam etdi. Bu müddət ərzində elm adamları fotoşəkillər və videolar çəkdilər və tezliklə geniş ictimaiyyətə təqdim etmək niyyətindədirlər.

Eyni zamanda, İstanbulun altında Ayasofyaya aparan geniş tunel şəbəkəsinin olması ilə bağlı məşhur əfsanə arxeoloji işlər zamanı təsdiqini tapmadı.