12 Yanvar 2022, 13:13

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlib?

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlib?

2021-ci ilin dekabr ayında əsasən 15 ölkənin vətəndaşı Azərbaycana səfər edib.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, siyahıda ilk üç yeri 29 min 324 nəfərlə Rusiya, 19 min 931 nəfərlə Türkiyə və 13 029 nəfərlə İran tutub.

Növbəti yerlərdə 7 min 734 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri , 6 min 552 nəfərlə Gürcüstan, 3 min 387 nəfərlə Səudiyyə Ərəbistanıı, 1 760 nəfərlə Hindistan, 1 606 nəfərlə Ukrayna, 1 349 nəfərlə Küveyt, 1 230 nəfərlə Qazaxıstan, 769 nəfərlə Böyük Britaniya, 739 nəfərlə Almaniya, 728 nəfərlə İsrail, 684 nəfərlə Özbəkistan və 682 nəfərlə Çin qərarlaşıb.