10 Yanvar 2022, 11:57

“Azıx-Tağlar mağara düşərgələri” qoruğunun yaradılması müzakirə olunur

“Azıx-Tağlar mağara düşərgələri” qoruğunun yaradılması müzakirə olunur

"Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib".

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sənədlər hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılacaq.