29 Dekabr 2021, 11:00

Misir fironunun mumiyası ilk dəfə radioqrafik analizdən keçdi: 35 qızıl şəddə...

Onun bədənində 30 ədəd muncuq və 35 qızıl şəddə və s. tapıldı
Misir fironunun mumiyası ilk dəfə radioqrafik analizdən keçdi: 35 qızıl şəddə...

Qədim Misir fironu I Amenhotepin mumiyası rəqəmsal aparat vasitəsilə skan edilib və onun bədən quruluşu və üz cizgiləri aşkarlanıb.

“Frontiers in medicine” elmi jurnalında dərc olunmuş tədqiqat fironun mumiyasına toxunmadan aparılıb. Qahirə Universitetinin professoru Sahar Salem ən müasir x-ray texnologiyası və CT scan aparatından istifadə etməklə cəsədin üzündə olan maskanın altından üz cizgilərini, həmçinin mumiyanın sarğılarının içərisindəki bədən quruluşunun təsvirini yaradıb. Bundan başqa, fironun vəfatının dəqiq tarixi və yaşı, daxili xəstəlikləri, mumiyalanma detalları və yenidən dəfn edilməsinin vaxtı da müəyyən edilib.

Firon I Amenhotep Qədim Misirin yeni krallığının banisidir və eramızdan əvvəl 1525-1504-cü illərdə hökmdar olub. Onun mumiyası 1881-ci ildə fironların 21-ci sülaləsinin üzvlərinin dəfn edildiyi Luksorda aşkar olunub. Rəqəmsal tədqiqat zamanı məlum olub ki, I Amenhotepin ölüm səbəbi qəza və ya yaralanma olmayıb. Üçmərhələli radioqrafiya, həmçinin fironun bədənində 30 ədəd muncuq və 35 qızıl şəddə olduğunu müəyyən edib.