21 Dekabr 2021, 14:16

Antalya Yeni il tətili üçün turist axını gözləyir

Antalya Yeni il tətili üçün turist axını gözləyir

Antalyada yay mövsümü bitdikdən sonra bağlanmayan 150 otel ilboyu işləməyə qərar verərək turistləri qəbul etməyə hazırdır. Bu məlumatları Antalya valisi Ersin Yazıcı turizm sektorunun nümayəndələri ilə görüşündə açıqlayıb. İstanbul Milad və Yeni il dövründə də “turizm mövsümünün canlanmasına” ümid edir.

“Antaliyada 150 otelimiz Yeni il tətilində açıq olacaq. Təhlükəsiz turizmin paytaxtı Antalyada otellərdən tutmuş hava limanlarına qədər bütün sahələrdə təlimləri tamamladıq və qonaqlarımızı gözləyirik. Yeni il ərəfəsində insanların çox olacağı yerlərdə, xüsusən də otel və əyləncə məkanlarında bütün tədbirləri görəcəyik”, - deyə Antalya valisi bildirib. 

Eyni zamanda, cənab Yazıcı pandemiya ilə mübarizənin davam etdiyini, lakin Antalyanın “bu prosesin öhdəsindən yaxşı gəldiyini və təxminən 9 milyon turisti qəbul etdiyini” söylədi. "Ümid edirəm ki, 2022-ci il daha yaxşı olacaq", - türkiyəli ekspert bildirib.

Bununla belə, səyahət bazarının bəzi nümayəndələri əmindirlər ki, “omikron” ətrafında panika hazırda, Yeni il bayramları zamanı Türkiyə səyahət bazarına kömək edə bilər. Avropa ölkələrində omikron ilə bağlı görülən tədbirlər çərçivəsində Yeni il şənliklərinə çoxsaylı məhdudiyyətlər tətbiq edilib. Buna görə də Yeni ili şən qarşılamaq istəyən turistlər İstanbul və Antalyaya gələcəklər.

O, türk lirəsinin ucuzlaşması ilə bağlı qiymətlərin enməsini də mühüm amil adlandırıb.

Turprom