Avropada xizək tətili üçün ən ucuz ölkələr

Avropada xizək tətili üçün ən ucuz ölkələr

Turizm sənayesi mütəxəssisləri Yeni ildə xizək tətilləri üçün ən büdcəli ölkələri açıqlayıblar. Bunlar Bolqarıstan, Rumıniya və Serbiyadır. Bu barədə “Travel Daily News” məlumat yayıb.

Analitiklərin fikrincə, ilin bu vaxtında Bolqarıstanda dincəlmək ən sərfəlidir - orta hesabla üçulduzlu oteldə yaşamağın gündəlik xərcləri adambaşına 39 avroya qədərdir. Bundan əlavə, oxşar şərtlərlə yerləşmənin səyahətçiyə 53 avroya başa gələcəyi Rumıniyanın adı çəkilir.

Serbiya ilk üçlüyü Kopaonik, Tornik və Stara Planina kimi bir neçə böyük xizək kurortları ilə bağlayır. Üçulduzlu otellərin orta qiyməti adambaşına gündə 54 avro təşkil edir.

İlk 5 ölkəyə Macarıstan və Ukrayna da daxildir ki, burada oteldə bir gecənin qiyməti müvafiq olaraq 58 və 59 avro təşkil edir.