17 Dekabr 2021, 11:38

Bugündən Gürcüstanda gecə klublarının fəaliyyətinə icazə verildi

Bugündən Gürcüstanda gecə klublarının fəaliyyətinə icazə verildi

Dekabrın 17-dən Gürcüstanda gecə klublarının fəaliyyətinə icazə verilib.

Əyləncə məkanları pandemiya şəraitində müvafiq qaydalara və tələblərə əməl etməli olacaqlar. Klublara “yaşıl status”a malik şəxslər buraxılacaq və qonaqların yalnız 50 faizinin iştirakına icazə veriləcək.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar gecə klubları 2020-ci ilin martından bağlı idi.

Məlumat üçün bildirək ki, Gürcüstanda koronavorusa yoluxma halında son günlər azalma müşahidə olunur. Gürcüstanda son sutkada daha 2 979 nəfər koronavirusa yoluxub, 53 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 904 181-ə, ölənlərin sayı isə 12 966-ya yüksəlib.