14 Dekabr 2021, 17:37

Azərbaycanda turistlərin peyvənd edilməsinə dair tələblər təsdiqləndi

Azərbaycanda turistlərin peyvənd edilməsinə dair tələblər təsdiqləndi

Azərbaycanda turistlərin peyvənddən keçməsi tələbi müəyyən edilir.

Bu, dekabrın 14-də Milli Məclisin (MM) plenar iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” yeni qanun layihəsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, ölkədən gedən və ya yoluxucu xəstəlik təhlükəsi olan ölkəyə gələn turistlər beynəlxalq sağlamlıq qaydaları ilə nəzərdə tutulmuş hallarda tibbi müayinədən, peyvənddən və ya digər profilaktik tədbirlərdən keçməli və ya bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.