10 Dekabr 2021, 12:05

Orta gəlirli turist üçün ən yaxşı Milad yarmarkalarının reytinqi açıqlandı

Orta gəlirli turist üçün ən yaxşı Milad yarmarkalarının reytinqi açıqlandı

Yeni tədqiqatın nəticələrinə görə, Praqa 2021-ci ildə Avropanın Milad yarmarkalarının qiymətləndirilməsi baxımından ən yaxşı yerlərdən birini tutub.

Tədqiqatın dünən dərc edilən nəticələrinə istinadla bu barədə xəbər verir.

Bu yaxınlarda “A-Z” sosioloji qrupu tərəfindən aparılan tədqiqat bütün Avropa üzrə Milad bazarlarını təhlil edib, onların reytinqinin hesablanması və orta statistik turist üçün ən yaxşısının aşkarlanması məqsədilə bir sıra amilləri indikator qismində ayırıb.

Edinburq özünün qeyri-adi Milad bazarı ilə bütün dünyada məşhurdur. 1999-cu ildən başlayaraq keçirilən Milad bazarı burada 54 gün davam edir və bütün bazarlar arasında ən uzunmüddətli hesab olunur. Bu, turistlərə hədiyyə seçməyə və bayramdan zövq almağa kifayət qədər vaxt qazandırır.

Avropada populyarlığına görə ikinci Milad bazarı da Böyük Britaniyada, şimal şəhəri Mançesterdə yerləşir. Onun yüksək reytinqi barədə daha çox məlumat toplamağı arzulayanlar tərəfindən “Google” üzərindən sorğuların böyük miqdarına görə mülahizə yeritmək olar: Mançesterə dair axtarış sorğularının orta illik həcmi 74.460 təşkil edir.

Nəhayət, Avropada populyarlığına görə üçüncü Milad bazarı Praqada yerləşir. Əgər siz bayramdan həzz almaq üçün həftəsonlarını bu şəhərdə keçirmək istəsəniz, o halda burada üçulduzlu oteldə bir gecənin orta qiyməti vur-tut 41 funt-sterlinq, dördulduzlu oteldə bir gecənin orta qiyməti 59 funt-sterlinq təşkil edir.

Ən uzunmüddətli Milad bazarları Edinburq (54 gün), İnsbruk (50 gün) və Qlazqodadır (49 gün).

Üçulduzlu otel dəyərində ən əlçatan Milad bazarları Vilnüs (1 gecə üçün 37 funt-sterlinq), Poznan (1 gecə üçün 40 funt-sterlinq) və Praqadadır (1 gecə üçün 41 funt-sterlinq).

İnstaqramda ən populyar Milad bazarları Edinburq (40.866 xatırlatma), Bat (28.635 xatırlatma) və Strasburqdadır (16.022 xatırlatma).

“Google” versiyasına görə ən populyar Milad bazarları Mançester (74.460 sorğu), Edinburq (70.100 sorğu) və Yorkdadır (63.320 sorğu).

Teqlər: