9 Dekabr 2021, 14:22

Azərbaycana gələn turistlərin sayı gedənlərdən daha çox azalıb

Bu ilin 9 ayında turizm xidmətləri üzrə kəsir 244 milyon dollara çatıb
Azərbaycana gələn turistlərin sayı gedənlərdən daha çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23,1 % azalaraq 491,1 milyon ABŞ dolları təşkil edib.

Bu, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada öz əksini tapır. 

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367,4 milyon ABŞ dolları) ixracı (123,7 milyon ABŞ dolları) üstələməsi nəticəsində 243,7 milyon ABŞ dolları həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24,7 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38,2 % azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367,4 milyon ABŞ dolları olub. Bunun 88,5 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).