8 Dekabr 2021, 11:16

Türkiyədəki "Turistik Şərq Ekspresi" səyahətçilər üçün qiymətləri açıqladı

Türkiyədəki

Yeni ili Türkiyədə keçirmək istəyənlər Turistik Şərq Ekspresi qatarının xidmətlərindən istifadə edə bilərlər. Aviatravel olaraq bu turistik marşrutun qiymətlərini oxucularımıza təqdim edirik.  

Turistik Şərq Ekspresi qatarı dekabrın 15-i çərşənbə günü yenidən xidmətə başlayır. Çərşənbə, cümə günləri Ankaradan, cümə və bazar günləri isə Qarsdan yola düşəcək qatarlar həftədə iki dəfə Ankaradan saat 15.55-də, Qarsdan isə 22.20-də hərəkət edəcək. Köhnə Ankara Stansiyasından yola düşəcək qatar Ankara ilə Qars arasındakı 1310 kilometrlik marşrutu təxminən 31 saatda, Qars-Ankara arasındakı marşrutu isə təxminən 32 saatda tamamlayır. Yalnız yataq və yemək vaqonlarından ibarət olan Turistik Şərq Ekspressində 2 xidməti, 1 yeməkxana və 6 çarpayısı daxil olmaqla cəmi 9 vaqon var. Ümumi tutumu 120 nəfər olan qatarda yataq vaqonlarında hər kupedə 2 nəfər səyahət edə bilər.

"Touristic East Express"in 2 nəfərlik çarpayı kupesinin adambaşı qiyməti 650 TL (bugünə olan məznnə ilə 81 manat) olaraq təyin olunduğu halda, 2 nəfərlik bilet alanda otaq qiyməti 1300 TL (163 manat) olacaq. 

Ankaradan Qars istiqamətində gedərkən Ərzincanda 2 saat 20 dəqiqə, İliçdə 3 saat, Ərzurumda 3 saat dayanan Turistik Şərq Ekspresi, Divriğidə 2,5 saat, Bostankayada isə 3,5 saat dayanır. 

Şərq Ekspresi Magistral Qatarında yalnız örtülü kuşet, pulman və qida vaqonları var. İlk səfərindən bu yana 37 min sərnişinin səyahət etdiyi Turistik Şərq Ekspresinin qiymətləri də açıqlanıb.