Şəfalı kurort mərkəzlərində - ŞƏRTLƏR+QİYMƏTLƏR

Şəfalı kurort mərkəzlərində - ŞƏRTLƏR+QİYMƏTLƏR

Azərbaycanın dağı da, aranı da insana nəfəs verir, şəfa verir. Mövsüm başlayır və bunu nəzərə alaraq oxucularımıza ölkəmizdəki şəfaverici istirahət mərkəzlərinin, yəni yerli rekreasiya, sanator və balneoloji kurortların və ümumiyyətlə müalicəvi istirahətin hazırki qiymətlərini təqdim edirik.  

Naftalan

Naftalan şəhəri neçə əsrlərdir ki, burada çıxan və hər cür xəstəliklərin müalicəsində istifadə olunan nadir müalicəvi nefti ilə məşhurdur.

Qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlayır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsinə qarşı qorunmaq imkanı bəxş edir. Naftalan neftini belə bir məlhəm kimi qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün ölkələrinə aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.

Hazırda burada fəaliyyət göstərən ən azı 15 sanatoriyanın adını çəkmək olar. Qiymətlər üçün təsadüfi bir tarix seçirik, məsələn 1 iyul – 15 iyul. Diqqət cədvələ:

Adı

Ulduz sayı

Nə daxildir

Qiymət

Garabağ Resort&SPA    

5 *

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar*,

fizioterapiya, SPA, naftalan vannaları, NAFTOVİT, inqalyasilar.

2016 AZN

Chinar Hotel&SPA Naftalan

5*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, SPA, naftalan və yodbromlu vannaları.

1855 AZN

Gold Naftalan

5*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, SPA, naftalan vannaları.

1204 AZN

Park Naftalan

4*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, naftalan vannaları, massaj.

1205 AZN

Naftalan Hotel&SPA

4*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, SPA, naftalan vannaları, NAFTOVİT, massaj.

1050 AZN

Gashalti health Naftalan

5*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, SPA, naftalan və yodbrom vannaları, USM.

980 AZN

Kəpəz

4*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, naftalan vannaları, massaj, inqalyasiya, EXO KQ.        

700 AZN

Naftalan Sağlamlıq Mərkəzi      

3*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, naftalan və yodbrom vannaları, massaj.

588 AZN

Sehirli Naftalan

3*

3 dəfə qidalanma, laborator analizlər, müalicəvi prosedurlar,

fizioterapiya, naftalan vannaları, masaj.

420 AZN

*Müalicəvi prosedurlara daxildir: darsonval, UF işıqlama, soluks, maqnit, ultrasəs və lazer terapiyası, amplipuls, elektroforez və profilli həkimlər tərəfindən diaqnozun qoyulması.

 

Qalaaltı

Kompleks qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşən kənddədir. Kəndin yaxınlığında müalicə əhəmiyyətli mineral su çıxır.

Qalaaltı mineral suyu - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyudur. Tərkibində fenol, alifatik turşular, mikroelementlər var. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərib ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynisidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu keçmiş SSRİ-də yeganə hesab olunurdu.

"Qalaaltı" suyunu uzun müddət saxlamaq olmaz. Bu sudan yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir. Bu səbəbdən burada 1976-cı ildən fəaliyyət göstərir "Qalaaltı" sanatoriyası fəaliyyət göstərir. Tam yenilənmiş müalicə-istirahət kompleksi 2015-ci ildə öz qapılarını açıb.

Burada müalicə kursu burada paketlər üzrə bölünüb:

Paketin adı

Nə daxidlir

Qiymət

Mədə-bağırsaq müalicə

  • 3 gün
    • Gündə 3 dəfə qidalanma
    • Həkim kurortoloq ilə konsultasiya Həkim kurortoloq ilə konsultasiya;
  • Spa və Sağlamlıq mərkəzi (qapalı və açıq hovuz, fitness mərkəzi, hamam, sauna)
  • • Mikroklizma
    • Amolipuls
    • Ozokerit aplikasiyası
  • • Qalaaltı mineral suyunun təyinatı

 

359 AZN

 

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunmuşdur.

Oturaq həyat fəsadlarına son

3 gün
• Gündə 3 dəfə qidalanma
• Həkim kurortoloq ilə konsultasiya
• Həkim kurortoloq ilə konsultasiya
• Spa və Sağlamlıq mərkəzi (qapalı və açıq hovuz, fitness mərkəzi, hamam, sauna)
• TENS-terapiya
• Amplipuls proseduru
• Limfodrenaj proseduru
• Dubaj
• Masaj
• Ozokerit aplikasiyası
• Sauna, türk hamamı
• Fitness zalında idman proqramının təşkili
• Təmiz havada gəzinti proqramının təşkili
• Qalaaltı mineral suyunun təyinatı

359 AZN

 

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunmuşdur.

Gözəllik

3 gün
• Gündə 3 dəfə qidalanma
• Həkim kurortoloq ilə konsultasiya
• Spa və Sağlamlıq mərkəzi (qapalı və açıq hovuz, fitness mərkəzi, hamam, sauna)
• Parafin aplikasiyası
• Darsonval proseduru
• Hidrokolon proseduru
• Ozokerit aplikasiyası
• TENS-terapiya
• Duş Şarko
• Masaj
• Qalaaltı mineral suyunun təyinatı

359 AZN

 

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunmuşdur.

Yeni pəhriz

1 gün
• Tibb mərkəzində müayinə
• Müalicə
• Tibbi prosedurlar
• 3 dəfə dietik qidalanma

105 AZN

 

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunmuşdur.

Antiallergik müalicə

  • 3 gün,
  • Gündə 3 dəfə qidalanma
  • Gündə 3 dəfə qidalanma
    • Həkim kurortoloq ilə konsultasiya
    • Spa və Sağlamlıq mərkəzi (qapalı və açıq hovuz, fitness mərkəzi, hamam, sauna)
    • Parafin aplikasiyası
    • Darsonval proseduru Kalipso O3
  • • Ozonoterapiya
    • Dubaj
    • Masaj
    • Qalaaltı mineral suyunun təyinatı

359 AZN

 

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunmuşdur.

COVİD-19 sonrası müalicə

3 gün

  • Gündə 3 dəfə qidalanma
  • Həkim kurortoloq ilə konsultasiya
  • Spa və Sağlamlıq mərkəzi (qapalı və açıq hovuz, fitness mərkəzi, hamam, sauna)
  • Maqnitoterapiya
  • Darsonval proseduru
  • Limfodrenaj proseduru
  • Elektroforez proseduru
  • Tens terapiya
  • Masaj
  • Qalaaltı mineral suyunun təyinatı

 

359 AZN

 

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunub.

Yeni ailə quranlar üçün özəl

  • 1 gün
  • 3 dəfə qidalanma (qidalanmaların sayı azaldıqca, qiymət aşağı düşə bilir),
  • dekor, şampan ya şərab, Romantik şam yeməyi
  • Özəl SPA zonasında: 2 nəfərlik massaj, özəl Jaccuzi-dən və özəl saunadan istifadə
  • Otaqda səhər yeməyi (istəyə görə)
  • Erkən giriş saat 10:00 və gec çıxış saat 15:00
  • Bowling və karaoke

339 AZN

İstisu

Ümumiyyətlə, Azərbaycanda mineral su bulaqları tükənməzdir: Abşeron yarımadası, Naxçıvan MR, Dağlıq Qarabağ, Laçın-Kəlbəcər, Gəncə-Qazax, Şamaxı, Şəki-Zaqatala, Lənkəran, Babazənən, hətta Aran zonası müxtəlif xassəli təbii müalicə ehtiyatları var. Lakin, xatırladaq ki, bugün biz tam kompleksli müalicə kurortlarından danışırıq. Buna görə də əlbəttə ki, Lənkəran İstisu Sanatoriyasını və burada fəaliyyət göstərən Lankaran Springs Welness Resort-u qeyd etməyə bilməzdik.

Lənkəran İstisu Sanatoriyası ərazisində 12 aktiv su mənbəyi, o cümlədən 7 quyu və 5 bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb.  Mərkəzdə bir sıra xəstəliklərinin müalicəsi nəzərdə tutulub.

Burada da təklif paketləri qonaqlar üçün hazırlanıb:

Paketin adı

Nə daxidlir

Qiymət

İstisu güc mənbəyi      

2 gecə/3 gün

  • gündə 3 dəfə qidalanma
  • hər günə 2 müalicəvi prosedur

286 AZN

 

*Qiymət: 2 nəfərlik otaqda 1 nəfər üçün

Sağlam həyat

4 gecə/5 gün

  • Həkim konsultasiyası
  • Mirvari vannası
  • Ozon kapsula
  • Müalicəvi vanna
  • Aromaterapevtik massaj
  • Ozonoterapiya (v/d infuziya)
  •  

436 AZN

Duzdağ

2008-ci ildən fəaliyyətə başlayan “Duzdağ” 5-ulduzlu kurort kompleksi 100 standart, 35 kiçik suit, 8 suit, 1 kral dairəsi olmaqla 144 otaqlı otel və 7 villa və mağaradan ibarətdir. Duzdağ mağarasında bronxial astma xəstəliyi və allergiyalardan əziyyət çəkənlər üçün duz şaxtalarında müalicə təklif olunur.

Şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabitdir. 

Mağarada 47 otaqda eyni anda 128 pasientin müalicəsi üçün rahat şərait var. Müalicələr isə gündüz və gecə olmaqla 2 növbədə təşkil olunur. Qiymətlərə gəlincə isə burada müalicəvi istirahət minimum 1 həftə, maksimum 2 həftə ərzində baş tutmalıdır. Müalicənin müddətini həkim konsultasiyadan sonra təyin edir. Adambaşı qiymət 90 AZN. Bura 3 dəfə qidalanma, mağarada müalicə, spa və akparkdan istifadə və s. xidmətlər daxildir.

Şahdağ Quba & Truskavets

Quba şəhərinin tam mərkəzində sovet dövründə “Şahdağ” adlı mehmanxana kompleksi fəaliyyət göstərirdi, indi isə həmin mehmanxana müalicə-sanatoriya kompleksinə çevrilib. 

Bu kompleksdə endokrinoloji problemlərdən, şəkər xəstəliyindən, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün ixtisaslaşmış müalicə kursu tətbiq olunur. Kompleksdə duz otağı, varikoz damarların genişlənməsindən əziyyət çəkənlər üçün xüsusi şabalıd vannları da qoyulub.

Hazırda olan qiymətlərlə tanış olaq:

3 gecə/4 gün bir adam üçün 250 AZN

Sanatoriya paketinə daxildir:
• Check-up ( laboratoriya analizi,EKQ);
• Həkim konsultasiya;
• Fizioterapevtik müalicələr, mineral vannalar, təbii mineral Naftusiya suyu;
• Gündəlik 5 müalicəvi prosedur;
• 3 dəfə qidalanma (diet masaları,bufet masalar);
• Açıq-qapalı hovuz;
• Fitnes və SPA.

AviaTravel