Qədim və bizə daha yaxın Pakistan şəhəri - LAHOR

Qədim və bizə daha yaxın Pakistan şəhəri - LAHOR

Qarabağ zəfərində ürəyi və dəstəyi ilə azərbaycanlıların sevgisini qazanan Pakistana martın 16-dan təyyarə reysi açılıb. Bu qədim ölkəni görmək üçün indi tranzitlə əlavə vaxt itirməyə gərək yoxdur, Bakının Heydər Əliyev Hava limanından Pakistanın Lahor sənaye və ticarət mərkəzinə birbaşa uça bilərsiniz.

Pakistana nə vaxt getmək. Asiya ölkəsi olan Pakistan qərbdə Əfqanıstan və İran, şimalda Çin, şərqdə Hindistanla həmsərhəddir. Buraya səfər etmək üçün ən yaxşı vaxt yaz və payız aylarıdır. Pakistanın iqlimi ümumiyyətlə isti və qurudur. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mövsümdən mövsümə dəyişir. İyun ayında demək olar ki, 46°C-ə çatan havanın temperaturu yanvar-fevral aylarında 4°C-ə enə bilər.

Neelam Vadisi, Keşmir.

Pakistan dörd əyalətə bölünür: Pəncab, Sind, Şimal-qərbi sərhədyanı əyalət, Bəlucistan. Federal paytaxtı isə İslamabaddır. Pakistanlılar əsasən urdu dilində danışırlar və uzun müddət Britaniyanın nəzarəti altında qaldığı üçün ingilis dili rəsmi dilə çevrilib. İqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır. Əhalinin yarıdan çoxu kənd təsərrüfatı ilə məşğuldur. Pakistan sənayesi orta səviyyədədir ən əhəmiyyətlisi isə tekstildir. Əhalinin 97%-i müsəlmandır. Kəraçi, Lahor, Ravalpindi, Heydərabad, Multan, Pişəvər, İslamabad Pakistanın əsas şəhərləridir. Pul vahidi Pakistan rupisidir. Pakistan bir çox cəhətdən Hindistana çox bənzəyir, lakin kiçik fərqlərlə. Məsələn, Pakistan daha təmizdir.

Lahorda harada qalmaq. Lahor hava limanında enəndən sonra limana yaxın və ya tarixi məkanlara yaxın otelləri seçmək imkanınız var. Bu şəhərdə hər büdcəyə uyğun otel və kirayə ev tapmaq olar. Şəhərdə Old Toun bölgəsi turizm məqsədləri üçün daha yaxşıdır, çünki buradan əsas tarixi məkanlara piyada gedə bilərsiniz. Güvənli qala biləcəyiniz yerlərdən biri də Mall Road otellər zənciridir. Əgər alış-veriş mərkəzlərinə və hava limanına yaxın yerdə qalmaq istəsəniz ən gözəl bölgələr Gülberg və Defensedir. Burada yaxşı restoranlar və müxtəlif ulduzlu otellər var. Ən ucuz otellər isə tramvay stansiyasının ətrafındadır. Lahorda ən bahalı otel isə italyan memarlığı üslubunda 18-ci yüzillikdə tikilmiş Falettis hotel-dir.

Harada nəyi görmək. Pakistanın ən böyük ikinci şəhəri olan Lahor bir zamanlar Babur İmperatorluğunun mərkəzi olub. Bağçalar Şəhəri olan Lahorun görməli yerləri isə həddən artıq çoxdur.

Lahordakı Sultan Məscidi dünyanın beşinci, Pakistanın isə ikinci ən böyük məscididir. Moğol imperatoru Alemgir şah tərəfindən tikilmiş bu möhtəşəm məscid 100.000-dən çox insanı toplaya bilir. Lahor qalasının düz tərəfində ucalan məscid şəhərin ən mühüm tarixi abidələrindən biridir. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan məscidi xüsusi edən başqa bir səbəb də Pakistanın milli şairi Məhəmməd İqbalın məzarının yer almasıdır. Bundan əlavə, şair Məhəmməd İqbalın məzarı məscidin bağçasındadır.

Pakistanın 5000 illik tarixi Lahor Muzeyində sərgilənir. B.C. Pakistanın 3000-ci illərə qədər uzanan tarixinə işıq salan muzey Pakistanın ən böyük muzeyidir. 18 ayrı qalereyası olan muzeyi gündə orta hesabla 5 min insan ziyarət edir. Qızıl Məscidi və ya Sunehri Məscidini Kəşmir bazarı ilə birlikdə ziyarət etmək olar. Üç qızılı günbəzi və dörd tərəfi 54 metrlik minarələri ilə möhtəşəm görüntü çəkən bu məscid 1753-cü ilə aiddir.

İnci məscidinin tikintisi isə 5 il çəkib və 1635-ci ildə tamamlanıb. Ağ mərmərlərin mirvari kimi parıldadığı üçün bu adı almışdır. Vəzir Xan məscidi şəhərin tarixi hissəsində, Dehli aşırımından bir neçə yüz metr aralıda yerləşir. Pakistanın ən gözəl məscidlərindən biri kimi göstərilən bina 1634-cü ildə Şah Cahanın dövründə Vəzir Xan tərəfindən tikilib.

Şəhərin mühüm strukturu olan Lahor qalası 1556-1605-ci illər arasında Moğol imperatoru Əkbər şah tərəfindən tikilmişdir. Alemgir şahın qalaya əlavə etdiyi möhtəşəm darvaza olan Alemgir darvazasından başqa qalaya gələn əsgərlərin və insanların istifadə etdiyi iki qapı daha var. Güzgülü saray, qalanın içərisində nəhəng bir quruluşdur. Minlərlə güzgü və şüşənin istifadə edildiyi bu bölmə 1631-ci ildə qalaya əlavə edilmişdir. Saray rəsmləri və ağ mərmərlərlə yanaşı, güzgüləri ilə də diqqət çəkir. Bunlardan başqa Lahor qalasında Divan-ı ümmətlər və Şah Cihan üçün xüsusi olaraq tikilmiş hərəm otağı kimi bir çox bölmə var. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan qala, unikal Lahor mənzərəsi və tarixə işıq salan strukturları ilə həftənin hər günü ziyarətçilərin üzünə açıqdır.

Şəhərin mərkəzindəki zoopark, şəhərin ən böyük ticarət mərkəzlərindən biri olan Şəhrah-e-Quaid-e-Azam və Cinnah Vineyard, əvvəllər Lawrence Gardens və Hiran Minar şəhərin digər ziyarət yerləri arasındadır.

Nəqliyyat: Şəhərdə metro yoxdur, buna baxmayaraq bir neçə növdə ictimai nəqliyyat sistemi inkişaf edib. TransLahore şəhər içində daşımarlarda ən münasibidir, lakin burada nəzərə almaq lazımdır ki, qadınlar və kişilər ayrı bölmələrdə əyləşirlər. Turistlər özəl şirkətlərin təqdim etdiyi Premier Bus Servis-dən daha çox istifadə edirlər.  

Nə yemək. Ənənəvi Pakistan mətbəxində istifadə edilən əsas maddələr ət, tərəvəz, düyü, çörək və paxlalı bitkilərdir. Düyü adi qaynadılmış və ya tərəvəz və qırmızı və ağ ət ilə bişirilə bilər. Amma yemək mədəniyyətinin ən dominant və əvəzedilməz elementi olan ədviyyatlar aparıcı rol oynayır.

Şəhərdə həmçinin yerli mətbəxdən yeməklər təklif edən beynəlxalq yeməklər təqdim edən restoranlar da var. Lahorun ən dadlı yeməyi Dal Gosht və pomidor sousunda bişirilən Gosht Karahi, həmçinin seehk kabab-dır. Nihariyi də yemədən dönməyin. Orqanik yeməklər üçün Green House-a getməyiniz məsləhətdir.

Harada alış-veriş etmək.

Lahorda elektronikdən geyimə, kosmetikaya qədər müxtəlif cür toxuculuq, mis-latun-gümüşdən hazırlanmış əl istehsalı məmulatlar, aksesuarlar və kilimlərə rast gəlmək mümkündür.

Tarixi Kəşmir, Çhatta, Dabbi və Anarkali bazarlarında yaxşı alış-veriş edə bilərsiniz. Anarkalı bazarın 200 yaşı var və buradan hədiyyəlik bilərziklər, qızıl və gümüş dəstlər, dəri geyimləri, əl işləmələri olan geyimlər tapa bilərsiniz. Liberty Market isə elektron avadanlıqlar satılan dünyanın ən ucuz bazarlarından biridir.

Həmişə gəzməkdə!

AviaTravel