Fevral-mart aylarını qadınlar üçün ən sevimli ay adlandırsaq, yanılmarıq. Diqqət, sevgi və qayğı ən çox bu aylarda hiss olunur. Qarşıdan 8 mart bayramı gəlir. Bu bayramın tək ailədə deyil, iş mühitində də xüsusi qeyd olunmağı kollektivin xanımları üçün xüsusi bir diqqətdir. Beynəlxalq Qadınlar Günü təkcə istirahət günü deyil, həm də bayram öncəsi kollektivin birliyi naminə və tematik korporativ tədbirlər keçirmək üçün əla fürsətdir.
Bu dəfə sizə 8 mart günündə kollektivi başına yığıb uzun-uzadı təbriklər deməklə deyil, maraqlı və ən əsası, banal keçirməmək üçün TOP-5 üsul təqdim edirik: (Qeyd: məqalə daha çox Bakı şəhərində ofis işçiləri üçün nəzərdə tutulub. Bu diskriminasiya deyil)
1.Ofis
8 Mart təbrikləşməsini harda qeyd etmək sualına ən bariz cavab.
Qadınları orijinal təbrik etməyə hazırsınız? Təsəvür edin, hər kəs işbaşında...və... bu zaman otaqlara bir-bir, hər xanıma diqqət ayıraraq və gül hədiyyə edərək gigant ürək kuklası daxil olur. İnanın, xanımlar bu canlı ürəklə selfi çəkdirib hələ uzun zaman kollektivin kişi hissəsinin kreativliyinə alqış oxuyacaqlar.
“Ürək kuryeri”. 1 saatı 75 AZN (https://usel.az/serdtse-kurier.html)
Bəs, rəhbərliyin hazırladığı təbriki xanımlara pantomimlər göstərsə necə? Bu yaraşıqlı və bir suyu kədərli mimlər qadınlarınızın könlünü oxuyacaq.
Xodulistlər və digər karnaval geyimli aktyorlar tərəfindən işçilərin səhər tezdən liftin qabağında qarşılanması boz ofis gününə rəngarənglik qatacaq.
Koridorda və yaxud konfrans zalında hər kəsi canlı masa – lady-furşet ilə də təəcübləndirmək olar. İmkan olsa canlı musiqi də təşkil etmək, məsələn saksofon, ya daha klassik skripka çalan “band”ləri çağıraraq bu günə yüksək əhval-ruhiyyə qatmaq olar.
https://www.instagram.com/canli_musiqi_/
2.Restoran
Cəmiyyətimizdə son zaman bir dəbə çevrilən korporativ səhər yeməyi təşkil edə bilərsiniz. Restoranlarımız bu trendə çoxdan uyuşub. Menülarına Aralıq dənizindən tutmuş Britaniya və Amerika səhər yeməklərinə rast gəlmək olar. Hələ milli səhər yeməyimizi demirik. Məsələn, Çayki restoranı Bakı, Quba, Gəncə və Qarabağ səhər yeməklərini ayıraraq təqdim edir.
Həm də, qadınların bir balaca sirrini paylaşaq: onlar səhər yeməyini daha rahatlıqla qəbul edirlər. Bir çox qadınımızın düzgün qidalanma planına da uyğundur. Və əlbəttə ki, vacib məqamlardan biri də odur ki, iş mühitində hər gün qaçaqaça məruz qalan əməkdaşlar da tələsmədən, zövq ala-ala səhər yeməyini dadmaqdan ötrü darıxdığını nəzərə alsaq, bu üsul bir çoxların ürəyini fəth edəcək.
3.Timbildinq və kvest
Növbəti 2 üsül rəhbərlik tərəfindən ofiskənarı korporativ timbildinq və yaxud “workshop” kimi qiymətləndirilməsi şərti ilə həyata keçirilə bilər.
Ümumiyyətlə, korporativ timbildinqlər saysız-hesabsızdır: yaradıcı timbildinq, kviz – intellektual oyunlar, birgə filmin çəkilişi, birgə mahnının yazılması, rəqs ya səhnəciyin qurulması, ümumi şəklin (natürmort və s.) çəkilməsi və timbildinqın klassik variantı – kəndir kursu (fiziki tapşırıqlar və sınaqlar) və digərləri. Lakin məhz qadınların rolunu xüsusi vurğulamaq üçün bizim tövsiyyəmiz kvestlərdir.
Kvest - son illərdə korporativ tədbirlərin keçirilməsinin ən aktual yoludur. Bu trend əməkdaşların emosional gərginliyin azalmasına, qadcetlərdən uzaqlaşmağa, ixtiraçılıq və çeviklikdən istifadə etmək bacarıqlarını göstərmək üçün super üsuldur. Qrup məşqçisi, korporativ timbildinqlərin müəllifi Alyona Sazonovanın dediyinə görə, kvestlərin qiyməti minimal olaraq adambaşı 20 AZN-dən hesablanır. Əlbəttə, saat, məkan, oyunun mürəkkəbliyi artıqca qiymətlər də müvafiq olaraq artır.
4.Təbiət
Kişilərimiz öz məharətini harada göstərə bilərlər? Əlbəttə, kabab hazırlamaqda. Bunun üçün 2 variant təklif edirik: xüsusi piknik etmək üçün məkanlara üz tutmaq, ya da bağ kiralamaq.
Bakı küləyi aman versə, Zirə Eko Park və yaxud Balıqlı Göl kimi manqal, masa, oturacaqlar ilə təchiz olunmuş piknik zonalarında sözverdiyiniz kababı hazırlaya bilərsiniz. Təmiz hava, qadınlar istirahət edir, kişilər isə yemək bişirir... Bəh...
Bağa gəlincə isə günlük 150 manata yerli elan saytlarında hər bir şəraiti olan bağ və yaxud villa götürə bilərsiniz. Basseyn, sauna, bilyard da sizin üçün xoş bonus ola bilər.
Əgər kabab istəyib lakin his iyi vermək istəmirsinizsə, yaxın rayonlara səyahət seçə bilərsiniz. Paytaxta yaxın olan regionlara nəzər yetirək: Xızı, Quba, Qusar, Xaçmaz, Şamaxı, Masallı, Lənkəran və sayıra da bir gün keçirmək üçün, hətta ən soyuq havada belə hər bir şəraitli istirahət kompleksləri fəaliyyət göstərir. Bir avtobus əməkdaş yığıb rayona yola düşsəniz unudulmaz təəssüratlarla qayıdarsınız. Hələ yolboyu oyunlar, viktorinalar, fantlar da hazırlasanız, olacaq lap ƏLA.
Ziyarət edə biləcəyiniz yerlər üzrə bəzi praktiki tövsiyyələrimizlə bölüşək.
Xızıda, Altıağacda ən məşhur istirahət mərkəzi Cənnət bağıdır. İllər keçsə də, deyərdik ki, öz 4*-nu qorumağa çalışırlar. Buradakı kanat yolu, qapalı hovuz, sauna və digər opsiyalar xoş təəsüratlar baqışlayacaq.
Quba-Qusar zonasında Şahdağ Mountain Resort-u vurğulamamaya bilməzdik. Bu sayda aktiv istirahət üçün təklif olunan əyləncəli ikinci yer yoxdur: kanat yolları (arasında ödənişsiz olanlar daxil); piyadalar üçün kanat yolu, peyntbol, ziplayn, qarsıxıcı maşında gəzinti, xizək, Azərbycanda hazırda açıq səma altında yeganə buz meydançası, kvadrosikl, tübinq, avtoxizək, qar ayaqqabısı ilə haykinq, oxatma, kirşə və s. Düşünürük, hər insan özünə uyğun ən azı bir neçə əyləncə tapa bilər burada.
Qəşrəş yolunda da gözəl drayvlı gəzinti təşkil edə bilərsiniz. Şahdağ Quba & Truskavets hotel isə sağlamlığın bərpası üçün də tövsiyyə görərdik. Duz otağı, sualtı duş massajı və s. prosedurların 1 gün ərzində belə faydası dəyər.
Masallı-Lənkəran zonasında da bir çox ürəkaçıçı məkanlar var. Qeyri-adi mətbəx dadmaq istəyirsinizə, dənizmənzərəli Khazar Palace-a üz tutun. Burada bol çeşidli nəfis milli yeməklərlə bərabər Lənkəranlıların icadı olan milli suşilər də təqdim olunur: ləvəngi suşi, sırdaq roll, borani roll, lergeplov nigiri, turşukabab nigiri və s.
Şamaxı zonası da möhtəşəm təbiətə malikdir. Buraya gedərkən bir tur da etmək olar, N.Tusi adına abservatoriyaya baş çəkmək, dağda oyulmuş Diri Baba türbəsini ziyarət etmək, şirin-şəkər alpakaları bəsləmək və s. Sonunda da ya məşhur Sakit göl, Shamakhi Palace Sharadil, Abqora və s. məkanlar tövsiyyə görərdik.
5.Kino
Sonuncu üsulumuz iş saatları işdən ayrılmamaq üçün ən əlverişlisidir. Bayram öncəsi son iş gününün sonunda kinoteatra getmək o qədər də pis fikir deyil. Əsası odur ki, düzgün film seçmək və böyük həcmdə popkorn əldə etmək. Hazırda kinoteatrlarda axşam seanslara biletin ortalama qiyməti 10 manat təşkil edir. Popkorn da təqribi 7 manat bir adam üçün. Vəssalam şüt-tamam.
Lakin bir çox kinoteatrlarda hazırda həmçinin VIP zallar və skybox-lar fəaliyyət göstərir. Orada daha rahat şəkildə oturacaqlar, qəlyanaltıları üçün masalar və s. təklif olunur, hələ bir ev şəraitini xatırladan rahat divanlar da var.Bu da istirahətinizə sözsüz ki, yağlı bir bonusdur.
Əsası isə, əziz bəylər, istəkdir. Qadınları sevindirmək ürəyinizdən gələrsə, bizim təklif etdiyimiz üsüllardan da rəngarəng əyləncə qura bilərsiniz. Bu işdə hər kəsə uğurlar arzu edirik.
AviaTravel