11 Yanvar 2022, 11:39

Tranzit uçuş edərkən nələrə diqqət yetirmək lazımdır: Hansı ölkələr tranzit üçün viza tələb edir?

Yalnız hava limanından istifadə edərək başqa ölkədən tranzit həyata keçirsəniz belə, TRANZİT VİZASI almağınız lazım ola bilər
Tranzit uçuş edərkən nələrə diqqət yetirmək lazımdır: Hansı ölkələr tranzit üçün viza tələb edir?

Xaricə gedərkən ən vacib məsələlərdən biri odur ki, birbaşa reys olsun, çünki tranzitlə uçmaq daha çox vaxt aparır, həm də daha bahalıdır.

Xüsusilə, Kanada, Amerika, Britaniya, Almaniya kimi ölkələrdən tranzit uçuşlar olacaqsa, tranzit vizalarla bağlı beynimizdə yüzlərlə sual formalaşmağa başlayır. Çünki yalnız hava limanından istifadə edərək başqa ölkədən tranzit həyata keçirsəniz belə, TRANZİT VİZASI almağınız LAZIM OLA BİLƏR.

Tranzit uçuş nədir?

Tranzit uçuş - son təyinat yerinə birbaşa uçuş yoxdur deməkdir, başqa sözlə desək, ilk təyyarəyə mindikdən sonra havaya qalxaraq, başqa hava limanına enərək və həmin hava limanından başqa bir təyyarəyə minərək son mənzilə çatdığınız səyahətdir.

Məsələn, azərbaycanlılar Hindistana adətən Dubaydan gedir. Və yaxud da Gəncədən Hindistana getməli olan şəxs əvvəlcə daxili reyslə Bakı Hava Limanına və buradan Dubay vasitəsilə Hindistana uça bilər. Bu proses tranzit uçuş adlanır. Bəzən bu qədər çətin, bu qədər əziyyətli ola bilər. Bu çətinlikləri yaşamamağınız üçün bəzi məsləhətləri diqqətinizə çatdırırıq.

Tranzit ölkə viza istəyirmi?

Bu, ən vacib məqamdır. Məsələn, Kanadaya tranzit vizanız yoxdursa, siz uçuş günündə hava limanına gələcək və qapıdan geri qaytarılacaqsınız. Bəli, təyyarə biletiniz olsa belə, təyyarəyə minə bilmirsən.

Çünki Kanada öz ölkəsindəki hava limanından transfer olsa belə tranzit vizası tələb edir, ölkəyə girməsəniz belə.  Beləliklə, araşdıracağınız ilk şey budur, tranzit ölkəsi viza tələb edir, yoxsa yox.

Tranzit aviaşirkət ilk uçuşu yerinə yetirən aviaşikət deyilmi?

Bu da bir başqa məsələdir. Deyək ki, Bakıdan Türk Hava Yolları ilə İstanbula uçdunuz, oradan Emirates şirkəti ilə Yaponiyaya getdiniz. Məqsədiniz baqajınızı Bakıdan verib, Tokiodan götürməkdir. Yəni 2 fərqli şirkətdən 2 bilet aldığınızı nəzərə alın. Bu halda THY ilə Emirates arasında əməkdaşlıq müqaviləsi varmı, onların hər ikisi də məsələn Star Alliance ittifaqında birləşirmi kimi məsələlər var. Bu ittifaqda 40-dan çox hava yolu şirkəti var və tərəfdaşlıq qurmaq üçün yaradılıb. Əgər sizin hava limanından birbaşa Tokioya baqajınız varsa, nə etməlisiniz?

Türk Hava yolları ilə Emirates arasında əməkdaşlıq müqavilələri olmasa da, baqajla bağlı müqavilələri var. Təyyarə biletinizi alarkən bunu mütləq araşdırmalısınız. Siz hətta aviaşirkətə zəng edib soruşa bilərsiniz.

Beləliklə, baqaj probleminiz olmayacaq. Əgər nə ittifaq müqaviləsi, nə də baqaj müqaviləsi yoxdursa, o zaman tranzit ölkədə təyyarədən düşdükdən sonra ölkəyə daxil olacaqsınız, baqajınızı oradan götürəcək, yenidən baqajınızı uçacağınız şirkətə verib yola düşəcəksiniz (əlbəttə viza probleminiz olmasa)

Bu mövzuda ən mühüm məqam odur k, əgər ölkəyə daxil olacaqsınızsa, həmin ölkəyə daxil olmaq üçün vizaya ehtiyacınız varmı?

Əgər tranzit vizası tələb edilirsə, siz baqajınızı götürüb növbəti reysə keçmək üçün ölkəyə daxil ola bilməzsiniz. Odur ki, ya vizanız olmalıdır, ya da iki fərqli hava yolu şirkətinin əməkdaşlığı dair sazişi, ya da baqaj müqavilələri olmalıdır. Əks halda, baqajınız getdi.

Tranzit uçuşlarda nələrə diqqət edilməlidir?

  • Tranzit kimi istifadə edəcəyiniz aeroportun yerləşdiyi ölkənin (məsələn, Monreal-Kanada) TRANSİT VİZASI tələb edib-etmədiyini araşdırın.
  • İlk minmə məntəqəsindəki aviaşirkətin tranzit ölkəsindən minəcəyiniz aviaşirkətlə birlik və ya baqaj müqaviləsinin olub-olmadığını araşdırın, 2 uçuşunuz artıq eyni şirkətlədirsə, buna ehtiyacınız olmayacaq.
  • Transfer edəcəyiniz nöqtədə vaxt fərqini araşdırın. Əgər transfer şirkətindən aldığınız bilet tam fərqlidirsə və biletinizi transfer nöqtəsində cəmi 1 saat fasilə ilə almısınızsa və təyyarə birinci məntəqədən gec yola düşüb, transfer nöqtəsində hava limanına gec enirsə, siz uçuşu qaçıra bilərsiniz. 2 müstəqil şirkət və ya bilet olduğundan, ilk uçduğunuz şirkət bu zaman sizin zərərinizi ödəməli deyil. Amma hər iki reysdə bir biletlə alınırsa, məsuliyyət onların üzərinə düşür.
  • Əgər xaricdən Azərbaycana gəlmisinizsə (məsələn, Dubaydan Bakıya) və ölkənin istənilən digər şəhərinə məsələn, Gəncəyə gedirsinizsə: Duty Free-dən (alkoqol, ətir) alış-veriş etmisinizsə və s.) Bakıda siqaret çəkməyə çıxıb yenidən içəri girib Gəncəyə uçmaq niyyətindəsinizsə, onları hansı ölkədən aldığınızı göstərən sənədləriniz qəbz, faktura varsa, onda onları birbaşa kabinəyə apara bilərsiniz.
  • Həmişə Xarici İşlər Nazirliyinin viza proseslərini izah etdiyi ən son məlumatları yoxlayın.

Hansı ölkələr tranzit vizası tələb edir?

Macarıstan, Britaniya, Almaniya, ABŞ, Kanada kimi ölkələr viza tələb edir. İspaniya, İtaliya, Fransa kimi ölkələr 12 saata qədər tranzitlər üçün tranzit vizası tələb etmir. Səudiyyə Ərəbistanı 12 saata qədər tranzit uçuşlar üçün tranzit vizası tələb etmir. Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Qətər, Bəhreyn kimi ölkələr birləşdirən uçuşlar üçün tranzit vizalar tələb etmir.

Almaniya, Macarıstan şengen vizanız varsa, tranzit vizaya ehtiyacınız yoxdur. Əgər yoxdursa, onlar tranzit vizası tələb edirlər. İngiltərdə Şengen vizası keçmir. Böyük Britaniya üçün viza almalısınız. Yeri gəlmişkən, bəzən heç bir problem yaratmırlar. Buna görə getməzdən əvvəl əmin olmaq lazımdır. Çexiya, İsveçrə, Yunanıstan şengen vizanız varsa, tranzit vizası vacib deyil, amma bu 12 saata qədər tranzitlər üçün keçərlidir.

Kanada tranzit vizası pulsuz əldə edilə bilər və tranzit uçuşlar üçün tranzit vizası tələb olunur. Kanada vizası varsa, tranzit vizasına ehtiyac yoxdur.

Transfer Uçuş Transit Viza Müraciət Sənədləri hansılardır?

  • Tranzit vizası üçün ərizə forması tam doldurulmalı və ərizəçi tərəfindən imzalanmalıdır
  • Gediş-dönüş aviabiletləri
  • Lazım gələrsə, təyinat ölkəsinin vizası
  • Pasport ən azı 6 ay etibarlıdır
  • 2 biometrik fotoşəkil
  • Səyahət sağlamlıq sığortası
  • Tranzit Viza Müraciəti

P.S. Düzdür, sənədləşmələr xeyli vaxt aparır, ancaq gedəcəyiniz ölkə ilə bağlı yaxşı səyahət planları qurmağa çalışın. Həmişə gəzməkdə! 

AviaTravel