24 Dekabr 2021, 10:35

Almatı - Şərqdə yaradılan sərhəd qalası

Türkiyə üçün İstanbul nədirsə, Qazaxıstan üçün də Almatı odur.
Almatı - Şərqdə yaradılan sərhəd qalası

Orta Asiya türk dövlətlərində gəzməli, görməli yerlər çoxdur. Vaxtınız olsa, Qazaxıstanı kəşf etməyə dəyər, çünki həmin coğrafiyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Hazırda ölkənin paytaxtı Nur-Sultan şəhəri olsa da, biz oxucularımızı Almatıya qiyabi səyahətə dəvət edirik. Çünki, Türkiyə üçün İstanbul nədirsə, Qazaxıstan üçün də Almatı odur.

Getmək üçün birbaşa təyyarə reysi var, transferlərdə vaxt itirməyəcəksiz. Bir nüans da var ki, anlaşmaqda da çətinliyiniz olmayacaq, Azərbaycan dilində danışsanız, çətin də olsa, sizi başa düşəcəklər. Rus dilində danışsanız, ümumiyyətlə, ünsiyyətlə bağlı probleminiz olmayacaq.

Havası mülayimdir. Hətta yayda Almatı ətrafındakı dağlardan əsən xoş meh sərinlik yaradır. Ən soyuq aylar dekabr-fevral aylarıdır, hava -20-ə düşə bilər. Yayda isə 32 dərəcəyə qədər isti olur.

Necə getmək – deyə soruşsanız, hazırda bu çox rahatdır, çünki Air Astana və AZAL Hava Yollarının Almatıya birbaşa reysləri var. Qiymətlər 325 manatdan başlayır. Almatı hava limanı şəhər mərkəzindən 18 kilometr aralıda yerləşir. Buradan 79, 86, 106 və 92 nömrəli avtobuslarla şəhər mərkəzinə gələ bilərsiniz. Avtobuslar səhər saat 7-dən başlayaraq hər 15 dəqiqədən bir terminalın qarşısındakı dayanacaqlardan yola düşür. Hava limanından kənarda gözləyən taksilərdən istifadə edib 2500-4000 tenge (1 AZN=256 təngə) ödəməklə şəhər mərkəzinə çata bilərsiniz. Almatıda şəhərdaxili metro, tramvay və avtobuslar işləyir. Bu ictimai nəqliyyat vasitələrindən istifadə etməklə şəhərin demək olar ki, hər nöqtəsinə çata bilərsiniz. Şəhər əhalisinin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitəsi 8 stansiyadan ibarət olan və saat 06.00-24.00 arası xidmət göstərən metrodur.

Almatıda qalmaq üçün seçimlər çoxdur. Amma otelləri səyahətinizdən 2-3 ay əvvəl rezarvasiya etsəniz, daha uyğun qiymətlə ala bilərsiniz. Almatada qalmaq üçün bir neçə bölgə seçimi var. Şəhərin tarixi və turizm mərkəzlərinə yaxın olması səbəbindən ziyarətçilər əsasən mərkəzdə yerləşməyə üstünlük verirlər.

Almatıda qalmaq üçün seçə biləcəyiniz başqa bir ərazi hava limanıdır. Bu ətrafda hər büdcəyə uyğun gələn otellər var ki, Almatıya iş məqsədi ilə gələn insanlar daha çox orada qalırlar.

Almatıya getdiyiniz zaman turistik bölgələrdə qalmaq istəyirsinizsə, Medeu, Frunze və Gorny Gigant kimi bölgələri seçərək özünüzü tarixi tikililərin tam mərkəzdə hiss edə bilərsiniz. Bu bölgələrdəki Otrar, D'Rami və Almatı Hotel kimi otellər çox məşhurdur. Əlavə olaraq hostellər və şəhərində mərkəzindəki evləri də kirayələyə bilərsiniz və bu təbii ki, sizə daha ucuz başa gələcək.

Görməli yerlər: Sovet dövrünün izlərinin müasir tikililərlə vəhdətini  görə biləcəyinizi Almatı iqtisadiyyat, ticarət və mədəniyyət baxımından yaxşı inkişaf edib. Fərqli təbii gözəllikləri və köklü tarixi ilə özünü turistlərə sevdirə bilir. Almatıda mütləq görməli yerlərin siyahısına bunları daxil etsəniz peşman olmazsınız:

Cümhuriyyət meydanı - Almatıda rəsmi mərasimlərin və tədbirlərin keçirildiyi ərazidir. Turistlərin marağına səbəb olan tikililər arasında Cümhuriyyət meydanının ortasındakı İstiqlal abidəsi də var. Abidə üstündəki qızıl adam heykəli ilə diqqət çəkir.

Dövlət Mərkəzi Muzeyi - Respublika meydanından 300 metr məsafədə yerləşən muzey Qazaxıstanın ən qiymətli muzeylərindən biridir. 300-dən çox əsərin toplandığı Dövlət Mərkəzi Muzeyi Tunc dövrünə aid eksponatlar ilə daha məşhurdur.

Zenkov Katedrali - Yükseliş Katedrali də adlandırılır və 1907-ci ildən istifadə olunur. Katedrali taxta konstruksiyası və möhtəşəm memarlığı ilə Almatıya gələn turistlərin diqqət mərkəzindədir. Fərqli memarlıq quruluşu olan kafedralı görmədən Almatıdan ayrılmaq olmaz.

Kök Tobe Yaşıl Təpə də adlandırılan Kök Töbe Almatıdakı ən hündür yerdir. Almatı ziyarətinə gələnlərə dənizdən 1100 metr yüksəklikdə yerləşən bu əraziyə qalxmaq və şəhərin möhtəşəm mənzərəsinin şahidi olmaq tövsiyə olunur.

Böyük Almatı gölü şəhər mərkəzindən 30 metr məsafədə yerləşən göl Eliy Milli Parkı ilə füsunkar yerdir. Ətrafında dağlar olan, hər mövsüm rəngarəng görkəmi olan gölə getmədən Almatıdan ayrılmamalısınız.

Mərkəzi məscid şəhərin əsas məscidini görməmək mümkün deyil - onun qızıl günbəzi şəhərin üzərində ucalır. İçəridə rəngli mozaikalar, vitrajlar, xalçalar, Qurandan parçalar var.Giriş pulsuzdur, ancaq lütfən, çılpaq bədən hissələrinizi dirsək və dizlərinizə qədər örtün.

Haradan nə almaq? - deyə düşünsəniz bilin ki, şəhər haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, Yaşıl Bazara gedin - sakinlər arasında toplaşın, at əti və təndir tortlarını dadın, qoz-fındıq üçün bazarlıq edin və evə şirin suvenirlər alın. Qoqol Almatıda ən inkişaf etmiş ticarət küçəsidir. Almatı şəhərinin şimalındakı küçədə bir çox Amerika və Avropa brendlərinə rast gəlmək mümkündür. Qoqoldan sonra ikinci ən məşhur bölgə Jibek Zolu-dur. Bu bölgədə qonşu bazarlar yaradılır. Yerli delikateslər və yerli sənətkarlıq məhsulları almaq istəyirsinizsə, bu bölgəyə mütləq baş çəkməlisiniz. Bu marketlərdən əllə hazırlanmış xalçalar və kiçik yerli məişət əşyaları da ala bilərsiniz.

Almatıda lüks mağazalara baş çəkmək və alış-veriş etmək istəyirsinizsə, Silk Way City, Ramstor və Mega Center Almatı-ya gedə bilərsiniz.

Nə yemək - ət  və süd məhsulları ilə məşhur olan Almatı mətbəxində demək olar ki, bütün yeməklərdə ət və süd məhsullarından istifadə edilir. Beşparmak, qazax şorbası və kürdak bölgənin ən məşhur yeməklərindəndir. Bunlardan başqa ravioli, samsa və simit kimi xəmirləri ilə çox məşhur olan Almatı mətbəxində Alaşa kababının, Line Brew Almatı qazax supunun mütləq dadına baxın.

Almatıda gecə əyləncələri. Orta Asiyada ən çox inkişaf etmiş gecə həyatı Almatıdadır. Almatıda həftə ərzində kifayət qədər hərəkətsiz olan yerlər həftə sonları çox izdihamlı olur. Panfilov parkından 100 metr aralıda yerləşən Çukotka şəhərin ən məşhur gecə məkanlarından biridir. Bura ölkənin ən yaxşı DJ-lərinin yer aldığı səhnədir. Almatıdakı digər məşhur əyləncə məkanı Dostıq bulvarında yerləşən Respublika Sarayıdır. Sarayda il ərzində bir çox tədbir və konsertlər keçirilir.

Bundan başqa siz Studio 69, Barvikha və Da Freak kimi əyləncə məkanlarını da ziyarət edə bilərsiniz.

Vacib nömrələr: 

Ölkə Kodu: +7

Şəhər Kodu: 727

Təcili yardım: 112

Almatı hava limanı: +7 7272 70 33 33

Həmişə gəzməkdə!  

AviaTravel