6 Aprel 2022, 11:27

Oruc tutanlar üçün imsak və iftar süfrəsi açdıranlar artıb. Bəs qiymətlər necədir - SİYAHI

Söhbət restoranların hazır iftar menyularından gedir
Oruc tutanlar üçün imsak və iftar süfrəsi açdıranlar artıb. Bəs qiymətlər necədir - SİYAHI

Artıq bir neçə gündür ki, bütün müsəlmanların müqəddəs ayı hesab olunan Ramazan ayı başlayıb. Bu ayın müstəhəb əməllərdən biri də oruc tutanlara iftar verməkdir. Son illər xidmət sektorunun inkişafı ilə bu xeyirli və savab əməli qazanmaq, oruc tutan əzizlərinə imsak ya iftar süfrəsinə qonaq etmək daha da asanlaşıb. Söhbət restoranların hazır iftar menyularından gedir.

Orucunu tamamlayıb iftar vaxtına çatan şəxs üçün həmin an sevinc anı sayılır. Və əyər seçilən restoran oruc tutan şəxsin tələblərini tam təmin edə bilirsə, qiymət-keyfiyyət nisbəti də qənaetbəxş edərsə, düşцnürük ki, bu da həmçinin sahibkara da bir savab kimi yazılacaq.

Obyektlərin elanlarına nəzərə yetirərək, müxtəlif kampaniyalar, menyular və qiymətlərə rast gəldik. Menyuların əksəriyyəti iki nəfərlik üçün hesablanıb. İftar menyuları daha çox qəlyanaltı, şorba, ana yemək, su və xurmadan ibarətdir. Qiymətlər 10-30 manat arasında dəyişir. Lakin əfsusslar olsun ki, bir çox iftar menyusu realda adi “business lunch”-dan seçilmir, amma qiyməti daha artıq olur.

Rastlaşdığımız iftar menyusuna bir nəfər üçün ən ucuz qiymət - @pizzadaromabaku – 11 AZN;

ən bahalısı - @gunaydin.baku 80 AZN.

İmsakla bağlı isə ən çox rastlaşdığımız qiymət – 15 manatdır.

 

@ozsut_baku

15 AZN

@beyran.az

15 AZN

@themoodbaku

15 AZN

@montenapoleonecafe     

15 AZN

@babat.ehmedli

14 AZN

@kure.pizza

12 AZN

 

İmsak əskəriyyətdə açıq bufet şəklində təqdim olunur.

Açıq bufet nədir?

Bufet yeməkləri təqdim etmək üçün xüsusi bir üsuldur. Qonaq süfrəsində təqdim olunan standart yemək dəsti (məze, salat, əsas yemək, desert) əvəzinə bufet xidmətində yeməkləri, həcmini, sayını “Unlimited” seçmək imkanı qazanırsan, çünki təamlar xüsusi bufet piştaxtalarında təklif olunur. Beləliklə, qonaq öz seçiminə uyğun olaraq özünə xidmət etmək imkanı əldə edir.

Bufet ənənəvi yeməklərdən daha az texniki xidmət xərcləri tələb edir, çünki qonaqlar əsasən özləri xidmət edirlər. Klassik yanaşmada işçilər yalnız piştaxtaya daha populyar olan yeməkləri əlavə etməlidirlər, lazım gələrsə, içkilər təqdim etməli və qabları təmizləməlidirlər.

Lakin əfsusslar olsun ki, Azərbaycan reallığında açıq bufet hazır yeməklər, lakin onları sizə porsion təqdim edən əməkdaşlar kimi görünür.

@ozsut_baku-nun imsak bufeti hotel səhər yeməklərini xatırladır. Elanda belə təqdim olunan çeşidlərin sayını təqdim edirlər – 52 çeşid. Həmçinin @themoodbaku da çeşidin sayını açıqlayır – 50 çeşid.

Lakin, iftar süfrəsi klassik açıq bufet kimi təqdim olunsa, ən gözəl seçim bu olar. Bu tip xidməti isə sayılı sayda restoranlar təqdim edir. Hələki ikisi ilə rastlaşdıq:

@excelsiorbaku - 23 AZN

@khamsarestaurantbaku - 35 AZN

 

Bu siyahıda isə adi iftar menyuların qiyməti ilə tanış ola bilərsiniz:

Bir nəfərlik qiymət

@xanedan.etno.restoran

20 AZN

@circle.restaurant

30 AZN

@taksimkebap

30 AZN

@koza_restaurant_baku

25 AZN

@sebebivar.restaurant

25 AZN

@museuminnbaku

26 AZN

@qonshurestaurantbaku

13, 18 AZN

@salambaku_lounge

19.90 AZN

@meduza_restoran

20 AZN

@vapiano_baku

14.90 AZN

@manqalustu_restaurant

23 AZN

@tastystation.baku

23 AZN

@cuppacoffeebaku

30 AZN

@comeinbaku

15, 18 AZN

@dolma.restaurant

15 AZN

@chefborekbaku

12, 15 AZN

@panoramic_restaurant

32 AZN

@natavan_restaurant

25, 30 AZN

@hillside_restaurant_           

19 AZN, 23 AZN, 33 AZN   

@koloritkafe

16 AZN

@pizzainnbaku

19.90 AZN

@laterraccebaku

18 AZN

@ibisbakucity

25 AZN

@tendirmendirbaku

14.30 AZN

@taksimkebap

30 AZN

@bibaricigkofte8noyabr

12 AZN

@sedef_restaurant

22 AZN

@meh.restaurant

20 AZN

@yuxa_restaurant

15 AZN

 

2 və daha nəfərlik menyular:

@_cafe_jardin_

24 AZN

@burcqala

38 AZN

@telequllebaku

2 nəfərlik 48, 60 AZN, 3 nəfərlik 90 AZN  

@lemankulturbaku        

49 AZN

@chanaqqala

30 AZN

Allah tutduğunuz orucu qəbul etsin. 

AviaTravel