24 Noyabr 2021, 17:48

Naxçıvandan İrana quru sərhədlər açıqdır: Gediş-gəlişin şərtləri

Sərhədlərdən turistlərin gediş-gəlişi də mümkündür
Naxçıvandan İrana quru sərhədlər açıqdır: Gediş-gəlişin şərtləri

Azərbaycan ilə İran arasında hava reysləri açılacaqmı, bu hal-hazırda münasibətlərin istiləşməsi fonunda ən çox verilən suallardan biridir. Lakin belə bir müzakirələrin aparılması barədə heç bir rəsmi məlumat yoxdur. Hazırda yalnız Naxçıvandan İrana quru sərhədlər açıqdır.  Aviatravel.az xəbər verir ki, artıq bir aydır açıq olan sərhədlərdən turistlərin gediş-gəlişi də mümkündür və artıq iranlı turistlər Naxçıvan vasitəsilə Azərbaycana gələ bilir.

Bakı və ölkəmizin regionlarından olan insanlar artıq İrana getmək üçün Bakı-Naxçıvan aviareysindən istifadə etməyə başlayıblar.

Şərtlərə gəlincə, İranla sərhəddə xarici pasport, COVİD pasportu və uçuşdan əvvəl 72 saat müddəti gözlənilməklə PCR test tələb edilir. Testi Bakıda verə bilərsiniz və ya vaxtı ötürsəniz Naxçıvandakı Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində (Naxçıvanda PCR test yeganə bu mərkəzdə qəbul edilir) müayinədən keçə bilərsiniz. Müayinənin qiyməti 50 AZN təşkil edir. 

Culfadan İrana keçən azərbaycanlılar vizasız bir ay qalmaq hüququna malikdirlər. Naxçıvana qayıdışda isə PCR testə ehtiyac yoxdur.

Xatırladaq ki, Bakı-Naxçıvan-Bakı reysi ilə uçuşa da test tələb edilmir və yalnız şəxsiyyət vəsiqəsi ilə bilet alıb səfər edə bilərsiniz.  

Teqlər: