22 Noyabr 2021, 15:28

Otellərdə yer tapmaq imkansızdır! TL-nin ucuzlaşması Türkiyəyə alış-veriş üçün axın yaradıb

Otellərdə yer tapmaq imkansızdır! TL-nin ucuzlaşması Türkiyəyə alış-veriş üçün axın yaradıb

Türk lirəsindəki rekord itki ilə çoxlu turist alış-veriş etmək üçün Türkiyəyə axını artırıb. Alış-veriş mərkəzlərinə, məhəllə baqqallarına və qəssablara gedən turistlərin ən çox maraq göstərdiyi yerlərin şəhər bazarları olduğunu ifadə edən Ədirnə Ticarət və Sənaye Palatasının sədri Rəcəb Zıpkınkurt, həftə sonları Ədirnəyə alış-veriş üçün 12 minə yaxın turistin gəldiyini söyləyib.

Həftə ərzində Ədirnəyə gələn turistlərin sayının 6-7 min arasında olduğunu bildirən Zıpkınkurt, “Təbii ki, məzənnə artımı onları sevindirdi. Şəhərimizdən hər cür ehtiyacı qarşılamağa başladılar. İnşaat materialları da daxil olmaqla bütün ehtiyaclarını Ədirnədən alırlar'', -deyərək pandemiyadan sonra Yunanıstan sərhədindəki Pazarkule qapısının açılması ilə turist sayında artım olduğunu bildirib.

''Ədirnəyə gecələmək üçün gələn turistlərlə yanaşı, Ədirnəyə bir günlük gələn turistlər də var. Qonşu ölkələrdən çoxlu sayda turist 2 gün otellərdə qalır və buna görə də həftəsonu otellərimizdə boş yer olmur. Ona görə də həftəsonu otellərdə qalmağa yer tapmaq mümkün deyil. Bu da bizi sevindirir. Qalan qonaqlarımız yemək və alış-verişə adambaşına orta hesabla 500 avro xərcləyərək, şəhər və ölkə iqtisadiyyatına əhəmiyyətli miqdarda xarici valyuta qoyurlar. Onların son aylarda qalmağa xərclədikləri pul 70-80 avro civarında olub. 

Dükançıların etdikləri alış-verişlə üzlərinin güldüyünü ifadə edən Rəcəb Zıpkınkurt, yerli vətəndaşlara fərqli tariflər, xarici turistlərə isə fərqli tariflər tətbiq olunarsa, bu qonaqların qonşu vilayətlərə və qonşu rayonlara qaça biləcəyini vurğulayıb və onlara qarşı həssas davranılması lazım olduğunu bildirib. 

Teqlər: