5 Noyabr 2021, 12:25

AZAL-Miles iştirakçıları üçün - YENİ AKSİYA

Biletlərə 30% endirim!
AZAL-Miles iştirakçıları üçün - YENİ AKSİYA

AZAL Dövlət Hava Yolları AZAL-Miles bonus proqramımızın iştirakçıları üçün yeni aksiya elan edir!

Toplanmış milləri mükafatlandırıcı aviabiletlərə dəyişdirərək İstanbul, Dubay və Tel-Əviv şəhərlərinə 30% güzəştlə səyahət edə bilərsiniz.

Yəni, əvvəllər mükafatlandırıcı aviabileti almaq üçün şərti olaraq 1000 bonus mil tələb olunurdusa, indi 700 bonus mil kifayət edəcək.

Aksiya 28 fevral 2022-ci il tarixinədək olan uçuşlara şamil olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, bonus əsasında aviabiletin şərtlərinə vergilər daxil deyil. Bu isə o deməkdir ki, aksiya iştirakçıları vergiləri ödəməlidir.

Xatırladırıq ki, ballarınızı aviabiletlərə dəyişmək üçün callcenter@azal.az elektron ünvanına yaza və ya Bakı şəhərində Nizami küç. 126A ünvanında yerləşən "Silk Row Travel" turizm agentliyinin kassasına yaxınlaşına bilərsiniz.

Teqlər: