29 Oktyabr 2021, 18:55

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Nazirlər Kabinetinin qərarı 2022-ci il yanvarın 1-dək olan dövrü əhatə edir
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycan hökuməti ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb”, - Nazirlər Kabinetinin qərarında qeyd olunur.
Xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək qüvvədə olub.

Oktyabrın 28-nə Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 524 min 788-ə çatıb. Ölənlərin ümumi sayı 6 min 995 nəfərə çatıb. Virusa yoluxmuş 489 min 32 nəfər müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 28 min 761 nəfərdir.

Teqlər: