29 Oktyabr 2021, 15:08

Azərbaycan Vatikanda səfirlik açır

Azərbaycan Milli Məclisi müvafiq qanun layihəsini təsdiqləyib
Azərbaycan Vatikanda səfirlik açır

Azərbaycan Vatikanda səfirlik açacaq.

Bununla bağlı “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Deputatlar bildirib ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: