Ölkədə xüsusi karantin rejiminin müddəti 2023-cü il yanvarın 1-dək uzadılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün nəticələrinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2023-cü il, saat 06:00-dək uzadılıb.