21 Sentyabr 2022

Gürcüstan avro zonaya qoşulmaq üçün müraciət etdi

Gürcüstan avro zonaya qoşulmaq üçün müraciət etdi

Gürcüstan Milli Bankının mətbuat xidmətinin məlumatına görə, ölkə Vahid Avro Ödənişlər Zonasına (SEPA) qoşulmaq üçün müraciət edib.

Gürcüstanın maliyyə tənzimləyicisinin müraciətinə Avropa təşkilatının şurasında bax;lacaq və yekun qərar Avropa Komissiyası (AK) ilə məsləhətləşmələrdən sonra veriləcək.

Vahid Avro Ödəniş Zonası Şurasının növbəti iclasının noyabr ayına planlaşdırılıb. Şura ildə dörd dəfə toplanır. Gürcüstan Milli Bankı qeyd edib ki, “SEPA-ya üzvlük Gürcüstan üçün Avropaya inteqrasiya yolunda ən mühüm addımdır”.