14 Sentyabr 2022

COVID-19 pandemiyası sona yaxınlaşır

COVID-19 pandemiyası sona yaxınlaşır

COVID-19 pandemiyasının sonu yaxınlaşır. Bunu ÜST-nin rəhbəri Tedros Adan Qebreyesus deyib. Onun sözlərinə görə, dünyada COVID-19-dan ölənlərin sayı ötən həftə 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

Qebreyesus, "Pandemiyaya son qoymaq üçün heç vaxt bundan daha yaxşı vəziyyətdə olmamışıq. Hələ buna çatmamışıq, amma tamamlanma göz qabağındadır", - deyib.