Azərbaycanda payız-qış aylarında ictimai nəqliyyatda, xəstəxanalarda və metroda maska taxmaq məcburi ola bilər. Bu fikirləri infeksionist Mərdan Əliyev də bölüşür.
Onun sözlərinə görə, yoluxmaların sayının artmasına baxmayaraq, COVID-19 ləng yayılır, çünki kütləvi immuniteti formalaşıb.
“Payızda karantin məhdudiyyətlərinin sərtləşdiriləcəyini düşünmürəm, lakin yaxın gələcəkdə maskalar məcburi ola bilər”, o, Bakupost-a müsahibəsində deyib.
Əliyev əlavə edib ki, gələn ildən COVID-19 mövsümi qripə çevriləcək və pandemiya sona çatacaq.