Azərbaycanda Google Pay istifadəyə verilib. Tətbiq artıq yerli bankların sisteminə inteqrasiya olunub. Bu gündən etibarən Azərbaycanda Mastercard sahibləri kartlarını Google Wallet-ə əlavə edərək, təmassız ödənişlərin qəbul edildiyi yerlərdə Android telefonları və digər smart cihazları ilə ödəniş edə biləcəklər.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bildirib.
Google Wallet-in vitse-prezidenti və baş direktoru Cenni Çenq, "Google Pay istənilən Android telefonu və ya ağıllı cihazla ödəniş etməyin sürətli, asan və təhlükəsiz yoludur" deyib.
GooglePay bu Mastercard tərəfdaş banklarında mövcuddur:
ABB
Kapital Bank
Bank Respublika
Unibank
Rabitəbank
Paşabank.
Mastercard kart sahibləri artıq həm Mastercard kampaniyalarından, həm də bankların təklif etdiyi təkliflərdən yararlana biləcəklər. Bundan əlavə, Mastercard ölkə daxilində müxtəlif tacarət və brend mağazalarda kampaniyalar vasitəsilə stimullaşdırıcı tədbirlər keçirir.
(mağazaların və brendlərin tam siyahısı: https://mstr.cd/gpay)