22 İyul 2022

Bakıdan Naxçıvana avtobus reysi bərpa olundu - QİYMƏT

Avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək
Bakıdan Naxçıvana avtobus reysi bərpa olundu - QİYMƏT

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə avtobus reysi bərpa olunur. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Bir nəfər üçün gediş haqqı isə 30 manat təşkil edir. 

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Avtobusdan istifadə etmək üçün COVİD-19 əlyehinə peyvəndin üçüncü dozasına malik olmalısınız.

Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.