“Koronavirusun “Delta” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq daha yoluxucu və ağır fəsadlar verirdi".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Bu variantda insanların xəstəliyi daha ağır keçirdiyini vurğulayan infeksionist qeyd edib ki, hazırda bu ştama demək olar ki, rast gəlinmir.
Nazirlik rəsmisinin sözlərinə görə, bu gün əsas “Omikron” ştamının növləri gündəmdədir.
O həmçinin bildirib ki, ölkədə epidemioloji vəziyyət nəzarəti altında saxlamaqla meymunçiçəyi virusu ilə mübarizə aparmaq mümkündür.
Nazirlik rəsmisinin sözlərinə görə, xəstəlik hələ geniş yayılmayıb.
O qeyd edib ki, bu gün üçün Azərbaycanda bu virus qeydə alınmayıb: “Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb”.