30 İyun 2022

Azərbaycanlıların səyahət seçimləri haqqında - 7 MARAQLI CAVAB

Azərbaycanlıların səyahət seçimləri haqqında - 7 MARAQLI CAVAB

Deyirlər ki, “səyahət virusuna bir dəfə yoluxduqdan sonra müalicəsi yoxdur. Həyatının sonuna qədər bu virusla xoşbəxt bir
şəkildə yaşayacağını bilmək isə çox gözəl bir duyğudur.” Biz azərbaycanlılar bu "virus"un hansı ştamlarına yoluxmuşuq, bununla bağlı sorğumuzu ölkənin ən böyük tur şirkətlərindən biri cavablandırıb. Maraqlı cavabları diqqətinizə təqdim edirik.

Sual 1: Azərbaycanlıların yay tətili ilə bağlı müraciətlərində hansı ölkələr liderdir?

Cavab: Türkiyə, Monteneqro, Sharm al Sheik, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, İspaniya.

 

Sual 2: Seçimlərdə hansı faktorlar xüsusi rol oynayır?

Cavab: Qiymət- Keyfiyyət-Xidmət

 

Sual 3: 2019-cu illə müqayisədə səyahətə çıxmaq üçün müraciətlərin sayında hansı tendensiya var?

Cavab: Hələki 2019-cu ildəki səviyyə əldə olunmayb. 

 

Sual 4: Bron etməklə bağlı ən uzun müddətli qərar hansı olub. Məsələn, Türkiyəyə getmək üçün 6 ay əvvəlcədən bron və s.

Cavab: Türkiyə - erken rezervasiya zamanı 6 -8 ay əvvəl bron edilib. Avropa isə ən tez - 3 ay əvvəl bron olunur. 

 

Sual 5: Azərbaycanlıların səyahəti planlaşdırma vərdişləri barədə nə deyə bilərsiniz? Əvvəlcədən planlaşdırmalar ümumi müraciətlərin arasında hansı paya malikdir?

Cavab: Mütləq şəkildə turizm şirkətlərinin menecerləri ilə  konsultasiya etmək yaxşı olardı. Səyahətə çıxacaqları ölkəni vizual şəkildə (şəkil, video və s) tanısalar, orada olmuş şəxslərin tövsiyyələri ilə tanış olsalar daha rahat səyahət planı qura bilərlər. Səyahətini əvvəlcədən planlaşdıranlar isə ümumi müraciətlərin 10 -15%-ni təşkil edir. Əlbəttə, bu bir qədər zəif göstəricidir. 

 

Sual 6: Azərbaycanlı səyahətçilərdən aldığınız ən maraqlı səyahət istəyi hansı olub?

Cavab:

Yaponiyada balıq turu, 

Belarusiyada Xokkey oyunu, 

Fransada marafon, 

Monakoda Gran Pri.

 

Sual 7: Azərbaycandan olan biznes səfərlərinin siyahısında hansı ölkələr liderdir?

Cavab:

Almaniya

Fransa

İsveçrə

İtaliya

BƏƏ

P.S. Həyat bir kitabdır. Gəzib-görməyənlər isə həmişə eyni səhifəni oxuyurlar. 

Həmişə gəzməkdə! 

AviaTravel