Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVID-19 pasportu tələb ediləcək.
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib: "Bilet satışı zamanı sərnişindən COVID-19 pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq".