1 İyun 2022, 16:54

İyun ayının qeyri-iş günləri açıqlandı

İyun ayının qeyri-iş günləri açıqlandı

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

İyunun 15-i Azərbaycanın Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq.

Beləliklə, iyunun ayının 15-i və 27-si bayramlarla əlaqədar qeyri-iş günüdür.