31 May 2022, 16:33

Azərbaycanın quru sərhədləri nə vaxt açılacaq?

Azərbaycanın quru sərhədləri nə vaxt açılacaq?

Azərbaycanda son aylarda koronavirusdan xəstələnmə və ölüm hallarının aşağı olduğunu nəzərə alsaq, quru sərhədlərinin açılması heç bir təhlükə yaratmır. Bu fikirləri TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

“Son aylar Azərbaycanda [COVID-19-un yayılması ilə bağlı vəziyyətdə] sabitlik müşahidə olunur. Düşünürəm ki, yaxın günlərdə sərhədlər açıla bilər. Mən bir həkim olaraq bunda heç bir təhlükə görmürəm” – deyə o, ARB24 telekanalında “Nə baş verir?” verilişinin efirində bildirib.

Həkimin sözlərinə görə, quru sərhədləri açılarsa, peyvənd pasportu və PCR testi kimi tədbirlərlə xəstəliyin yayılmasına qarşı infeksiyaya nəzarət məsələsini problemsiz həll etmək olar.

Qeyd edək ki, mayın əvvəlindən TƏBİB nümayəndələri və Milli Məclisin bəzi deputatları quru sərhədlərinin açılması ehtimalından danışırlar.