31 May 2022

Azərbaycan meymunçiçəyini müəyyən edən test almaq üçün ÜST-ə müraciət etdi

Azərbaycan meymunçiçəyini müəyyən edən test almaq üçün ÜST-ə müraciət etdi

"Azərbaycanda meymunçiçəyi virusu aşkar edilməyib", - deyə bəyanat verən Səhiyyə Nazirliyimiz nəhayət qərara gəlib ki, bu virusun müəyyən olunması üçün test alsın.

Testlərin əldə edilməsi üçün artıq Ümumdünya Səhiyyə Təşkilatına müraciət olunub.

Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.