Azərbaycandan olan zəvvarların Həcc ziyarəti şərtləri açıqlanıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanı son üç ildə ilk dəfə olaraq xaricdən gələn zəvvarların həcc ziyarətində iştirakına icazə verib və icazə verilən sayını həm krallığın subyektləri, həm də əcnəbilər də daxil olmaqla, ildə bir milyon nəfərə çatdırıb. Bu il Azərbaycana ayrılan kvotalar, eləcə də qiymətlər yaxın günlərdə bəlli olacaq.
- COVID-19-a qarşı iki dozada peyvənd edilməlidir
- peyvənd sertifikatı altı ay ərzində etibarlı olmalıdır
- Həcc ziyarətinə yalnız yaşı 65-dən aşağı olan vətəndaşlar gedə bilər
2022-ci ildə Həcc ziyarəti, eləcə də Qurban bayramı iyulun əvvəlinə düşür. Bir qayda olaraq, Həcc səfərinin müddəti orta hesabla 25 gündür. Həcc mərasimləri iyulun 7-də (zilhiccə ayının 8-i) Mina vadisinə gedişlə başlayır. 2022-ci ildə Ərəfat günü iyulun 8-nə (zilhiccə ayının 9-na) təsadüf edir. Həcc mərasimləri iyulun 12-də (Təşriq günlərinin sonuncusu) başa çatır.