27 Sentyabr 2021, 11:42

Bugün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və “Zəfər” Muzeyinin təməli qoyulacaq

Bugün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və “Zəfər” Muzeyinin təməli qoyulacaq

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, sentyabrın 27-də - İkinci Qarabağ müharibəsinin ildönümündə Vətən Müharibəsi Memorial Kompleksi və “Zəfər” Muzeyinin təməli qoyulacaq.

“Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və “Zəfər” Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərinin birinci İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq”, - Əliyev bazar ertəsi 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Həmçinin, prezident qeyd edib ki, bazar ertəsi saat 12:00-da bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.

Əliyev əlavə edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə əldə edib. 

 

Teqlər: