Türkiyədə 5 ulduzlu “All-inclusive” hotelində pulsuz istirahət etmək üçün növbəti şansdan yararlanın!
Müsabiqəni “SummerTour” turizm operatoru ilə birlikdə keçiririk və bu ay 2022-ci ilin may ayı tarixlərinə Belekdə yerləşən Spice Hotel hotelində bir həftəlik istirahət oynanılır.
Bunun üçün sadəcə AviaTravel-in Instagram səhifəsinə və hotel partnyorumuzun səhifəsinə abunə olmaq və şərhlərdə səyahətə çıxmaq istədiyiniz dost və ya ailə üzvünüzü şərhlərdə (@) işarə etmək kifayətdir.
13 may tarixində commentpicker.com saytı vasitəsilə canlı yayımda qalibi təsadüfi qaydada müəyyən edəcəyik.
Həmçinin Facebook səhifəmizə və Telegram kanalımıza abunə olun, çünki digər sosial şəbəkələrdə də bu cür müsabiqələr mütəmadi olaraq keçiriləcəkdir.
Nəzərə almağınızı xahiş edirik ki, tərəfimizdən yalnız hotelə vauçer oynanılır, aviabiletlər uduş fonduna daxil deyil.
Müsabiqənin ətraflı şərtləri:
- Müsabiqə 21 aprel – 13 may 2022 il tarixləri arasında keçirilir.
- Müsabiqədə iştirak etmək üçün Istagram-da AviaTravel.az səhifəsinə https://www.instagram.com/aviatravel.az/ və hotel tərəfdaş “Spice Hotel & SPA” https://www.instagram.com/spicehotelbelek/ səhifəsinə abunə olmaq lazımdır.
- İştirakçı Türkiyəyə səyahət etmək istədiyi digər istifadəçini müsabiqə postunun şərhində qeyd etməlidir.
- Müsabiqənin bitdiyi gün canlı efirdə bir qalib seçiləcək, efir zamanı müsabiqə şərtlərinin yerinə yetirilib-yetirilmədiyi yoxlanılacaq. Qalib commentpicker.com saytı vasitəsilə seçiləcək.
- Qalib müəyyən edilərkən “fake” (saxta) profillər (sıfır dostu/izləyicisi olan və ya profilində başqa paylaşımlar olmayan), habelə korporativ profillər (biznes səhifələri), uydurma və ya qısaldılmış adlarla profillər nəzərə alınmayacaq.
- “SummerTour” tərəfindən yalnız hotel və Antaliya hava limanından transfer vauçeri təqdim edilir. Aviabiletlər, sığorta, PCR-testi və digər əlaqəli xərclər uduş fonduna daxil deyil.
- Qalib “Qidalanma All-inclusive” sistemi üzrə iki nəfərdən çox olmayan böyüklərin yerləşdirilməsi üçün elektron vauçerlə təmin olunur.
- Qalib özü ümumi müddət 8 gün/7 gecədən çox olmamaq şərti ilə 2022-ci il mayın 15-dən 31-dək olan dövrdə qalmaq üçün əlverişli tarixləri müəyyən etmək hüququna malikdir.
- Vauçer başqa bir hotel və ya pul mükafatı ilə dəyişdirilə bilməz.
- AviaTravel səhifələrinin administrasiyasından və ya “SummerTour” turizm agentliyindən asılı olmayan fövqəladə vəziyyət yarandıqda müsabiqə dayandırıla və ya ləğv edilə bilər.
AviaTravel.az