15 Mart 2022, 14:20

“AviaTravel”dən əla fürsət!

“AviaTravel”dən əla fürsət!

Türkiyədə 5 ulduzlu “ Ultra All-inclusive” hotelində pulsuz istirahət etmək istəyirsiniz? Əminik ki, bəli! Ona görə də bu gündən sosial şəbəkələrimizdə bir sıra müsabiqələrə başlayırıq.

Hər ay hər biriniz Türkiyə kurortlarının birində dəbdəbəli 5 ulduzlu hoteldə istirahət etmək üçün iki nəfərlik vauçer qazanmaq fürsəti əldə edəcəksiniz.

Müsabiqəni “SummerTour” turizm operatoru ilə birlikdə keçiririk və bu ay 2022-ci ilin may ayı tarixlərinə Kemerdə yerləşən Seven Seas Gravel hotelində bir həftəlik istirahət oynanılır.

Bunun üçün sadəcə Facebook səhifəmizə və hotel partnyorumuzun səhifəsinə abunə olmaq, facebook.com/sevenseasresortshotels, müsabiqə postunu açıq şəkildə (Public) səhifədə paylaşmaq və şərhlərdə səyahətə çıxmaq istədiyiniz dost və ya ailə üzvünüzü işarə etmək kifayətdir.

4 aprel tarixində commentpicker.com saytı vasitəsilə canlı yayımda qalibi təsadüfi qaydada müəyyən edəcəyik.

Həmçinin Instagram səhifəmizə və Telegram kanalımıza abunə olun, çünki digər sosial şəbəkələrdə də bu cür müsabiqələr mütəmadi olaraq keçiriləcəkdir.

Nəzərə almağınızı xahiş edirik ki, tərəfimizdən yalnız hotelə vauçer oynanılır, aviabiletlər uduş fonduna daxil deyil.

Müsabiqənin ətraflı şərtləri:

- Müsabiqə 15 mart - 4 aprel 2022 il tarixləri arasında keçirilir.

- Müsabiqədə iştirak etmək üçün Facebook-da AviaTravel.az səhifəsinə https://www.facebook.com/aviatravelazerbaijan/ və hotel tərəfdaş “Seven Seas Resorts & Hotels” https://www.facebook.com/sevenseasresortshotels/ səhifəsinə abunə olmaq lazımdır.

- Müsabiqənin postunu şəxsi səhifənizdə açıq şəkildə (Public) paylaşmaq.

- İştirakçı Türkiyəyə səyahət etmək istədiyi digər istifadəçini müsabiqə postunun şərhində qeyd etməlidir.

- InstagramTelegram-da AviaTravel səhifələrinə abunə olmalısınız, çünki gələcəkdə bu sosial şəbəkələrdə də oxşar müsabiqələr keçiriləcək.

- Müsabiqənin bitdiyi gün canlı efirdə bir qalib seçiləcək, efir zamanı müsabiqə şərtlərinin yerinə yetirilib-yetirilmədiyi yoxlanılacaq. Qalib commentpicker.com saytı vasitəsilə seçiləcək.

- Qalib müəyyən edilərkən “fake” (saxta) profillər (sıfır dostu/izləyicisi olan və ya profilində başqa paylaşımlar olmayan), habelə korporativ profillər (biznes səhifələri), uydurma və ya qısaldılmış adlarla profillər nəzərə alınmayacaq.

- “SummerTour” tərəfindən yalnız hotel və hava limanından transfer vauçeri təqdim edilir. Aviabiletlər, sığorta, PCR-testi və digər əlaqəli xərclər uduş fonduna daxil deyil.

- Qalib “Qidalanma Ultra All-inclusive” sistemi üzrə iki nəfərdən çox olmayan böyüklərin yerləşdirilməsi üçün elektron vauçerlə təmin olunur.

- Qalib özü ümumi müddət 7 gün/6 gecədən çox olmamaq şərti ilə 2022-ci il mayın 1-dən 31-dək olan dövrdə qalmaq üçün əlverişli tarixləri müəyyən etmək hüququna malikdir.

- Vauçer başqa bir hotel və ya pul mükafatı ilə dəyişdirilə bilməz.

- AviaTravel səhifələrinin administrasiyasından və ya “SummerTour” turizm agentliyindən asılı olmayan fövqəladə vəziyyət yarandıqda müsabiqə dayandırıla və ya ləğv edilə bilər.