14 Mart 2022, 15:35

Azərbaycandan Rusiyaya necə getmək olar? - Mümkün alternativ yollar

Azərbaycandan Rusiyaya necə getmək olar? - Mümkün alternativ yollar

Martın 8-dən etibarən Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi qismən məhdudlaşdırılıb. AZAL və Buta uçuşları tamamilə dayandırsa da, Rusiyanın bəzi aviaşirkətləri uçuşları məhdud sayda davam etdirir. Əlbəttə, bu hadisə bir çox sərnişinlərin planlarına ciddi təsir edib.

Hazırda pandemiya-karantin qaydalarına görə, Azərbaycan və Rusiya arasında quru sərhədi bağlıdır, yəni nə qatar, nə avtobus, nə də şəxsi avtomobillə Azərbaycan vətəndaşları Rusiya Federasiyasına keçə bilməzlər.

Birbaşa hava əlaqəsi ilə Azərbaycandan aşağıdakı aviaşirkətlərlə uça bilərsiniz.

Aviaşirkət

İstiqamət

Rəsmi veb-sayt

Utair

Moskva-Bakı-Moskva (Vnukovo)

www.utair.ru

Azimuth      

Min. Vodı-Bakı-Min. Vodı

www.azimuth.aero  

Utair

Moskva-Gəncə-Moskva (Vnukovo)

www.utair.ru

İrAero

Moskva-Naxçıvan-Moskva (Domodedova)      

www.iraero.ru

Utair

Moskva-Naxçıvan-Moskva (Vnukovo)

www.utair.ru

 

Bu reyslər Rusiya istehsalı olan Sukhoi Superjet 100 və Rusiya qeydiyyatında olan Boeing və Airbus təyyarələri ilə icra olunur.

Həmçinin, sizə Azərbaycandan Rusiyaya və Rusiyadan Azərbaycana gəlmək üçün alternativ yolları da təqdim edirik.

Azərbaycan vətəndaşlarının Rusiya şəhərlərinə ən qısa məsafəli səfəri İstanbul üzərindən Türk Hava Yolları, Minsk üzərindən isə Belavia ilə mümkündür.

Məsələn, Bakı-İstanbul-Moskva səfərinə minimum 9 saat sərf edəcəksiniz. Qiymət isə yaxın tarixlərə bir tərəf üçün 300 avrodan başlayır. Moskva-İstanbul-Bakı səfərinə isə ən azı 8 saat və 1200 avro lazımdır. Bu normal qiymərlərdən hardasa 5-6 dəfə çoxdu. Belavia ilə isə Bakı-Minsk-Moskva reysinə 6 saat sərf edəcəksiniz. Yaxın tarixlərə qiymət  bir tərəfə 230$-dan başlayır. Moskva-Minsk-Bakı reysi isə 17 saata başa gəlir, çünki Minskdə tranzit müddəti çoxdur.

Moskvaya daha uzun səfərləri, FlyDubai ilə Dubay üzərindən, Air Arabia ilə Şarja üzərindən, Air Astana ilə Almatı və Nur-Sultan şəhərləri üzərindən, Özbəkistan Hava Yolları ilə isə Daşkənd üzərindən etmək olar.

Eyni qayda ilə Rusiyadan Azərbaycana da gəlmək olar. 2022-ci ilin yanvar ayına olan statistika göstərir ki, Rusiya Azərbaycana gələn turistlərin sayında birinci yerdədir.

Rusiya Federasiyasının vətəndaşları isə Azərbaycan-Rusiya quru sərhədindən Rusiya ərazisinə heç bir problem olmadan keçə bilərlər.  Onların PCR test verməyinə də gərək yoxdur. Sərhədə ən yaxın olan aeroport Mahaçqala şəhərindədir. Oradan isə Rusiyanın müxtəlif istiqamətlərinə uçuşlar olur.

AviaTravel