26 Fevral 2022, 12:20

Üç ölkə Ukraynadan Azərbaycan vətəndaşlarını qəbul etməyə hazırdır - YENİLƏNİB

Ukrayna-Polşa sərhədindəki keçid məntəqələrinin koordinatlarını dərc edib
Üç ölkə Ukraynadan Azərbaycan vətəndaşlarını qəbul etməyə hazırdır - YENİLƏNİB

Moldova və Polşadan sonra Slovakiya da mövcud vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək.

Bu barədə Caliber.Az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bu arada sosial şəbəkələrin Azərbaycan seqmentində tanınmış qruplardan biri Ukrayna-Polşa sərhədində Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının Polşaya keçə biləcəyi keçid məntəqələrinin koordinatlarını yayıb.

•       Dorohusk-Jagodzin
Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 
22- 175 Dorohusk 
•       Dolhobyczów-Uhrynów
Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów
•       Zosin-Ustyluh
School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło
•       Hrebenne-Rawa Ruska
Primary School in Lubycza Królewska (back of the sports hall), ul. Jana III 
Sobieskiego 5, 22-680 Lubycza Królewska
•       Korczowa-Krakowiec
Common room, Korczowa 155, 37-552 Korczowa
•       Medyka-Szeginie
Sports Centre - Medyka 285, 37-732 Medyka
•       Budomierz-Hruszew
Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama
•       Krościenko-Smolnica
Former Primary School in Łodyna, Łodyna 41, 38-700 Ustrzyki Dolne

Qeyd edək ki, Azərbaycan vətəndaşları Polşada 15 gündən çox qala bilər.