24 Fevral 2022

Aviabiletlər niyə avro ilə göstərilir və manata necə dəyişdirilir?

Aviabiletlər niyə avro ilə göstərilir və manata necə dəyişdirilir?

Azərbaycandan beynəlxalq reyslərə aviabiletlərin qiymətləri niyə avro ilə göstərilir? Bu, sosial şəbəkələrdəki tematik səhifələrdə və qruplarda vaxtaşırı mübahisələr yaradan suallardan biridir.

“Bu, qiymətlərin “ucuz görünməsi” üçündür – marketinq hiyləsidir!” - bəziləri qəzəblərini belə ifadə edirlər. “Yox, onlar bizi məzənnə ilə “həvəsləndirmək” istəyirlər – avronu istədikləri kimi manata dəyişirlər!”, kimi də ismarıclar olur.

Həqiqət haradadır və harada deyil - gəlin bunu anlamağa çalışaq.

Bildiyiniz kimi, aviaşirkətlər arasında əməkdaşlıq mexanizmi üzrə funksiyaları Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası IATA həyata keçirir.  Bu təşkilat dünyanın hər yerindən, 120 ölkədən 290 üzv olmaqla, təbii ki, bizim AZAL da daxil (bütün beynəlxalq uçuşların 82%-i) beynəlxalq uçuşların tənzimləyicisi rolunda çıxış edir. 

Belə ki, məhz IATA 2006-cı il tarixli 024e qətnaməsi ilə aviaşirkətlərdən aviabiletlərin tariflərini avro, dollar və ya funt sterlinqdə yəni dayanıqlı valyutada göstərməyi tələb etdi.

Bu səbəbdən də təşkilata üzv olan ölkələrdə beynəlxalq daşımalarda tariflər müəyyən edilərkən milli valyutadan istifadə edilməsi yolverilməzdir.

Belə olan halda Azərbaycan bir sıra postsovet ölkələri (Belarus, Rusiya, Gürcüstan və başqaları) kimi avro zonasına daxil oldu. Amma qonşu Türkiyədə, məsələn, biletlərin qiymətləri dollarla göstərilir - o, əvvəlcə avrozonanın bir hissəsi olsa da, sonradan dollara inteqrasiya üçün müraciət edib. Ona görə də kobud şəkildə desək, Bakıdan İstanbula Azal-dan bilet alanda qiyməti avro ilə, Türk Hava Yollarının təyyarəsi ilə geri uçanda isə qiyməti dollarla görürsən.

Rusiyada qiymətlər rublla göstərilir, lakin məzənnə tarifi avro ilə götürür. Ona görə də məzənnədən asılı olaraq qiymət “sıçraya” bilər. Və burada məzənnə olaraq mərkəzi banklarınkı deyil, IATA nəzərdə tutulur. Həftədə bir dəfə (çərşənbə günü) təşkilat beynəlxalq valyuta birjalarında ticarətin nəticələrinə əsasən növbəti 7 gün üçün məzənnəni müxtəlif valyutalarda dərc edir (buna görə də , bu məzənnə birjalarda mövcud olan valyutalar üçün uyğundur).

Azərbaycanda necə olur? “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “AviaTravel”ə verilən məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ölkə ərazisində hesablaşmalar müstəsna olaraq manatla aparılır, təqdim olunan aviabiletlərin qiymətləri Azərbaycan Mərkəzi Bankının hazırkı rəsmi məzənnəsi üzrə avtomatik konvertasiya edilir. 

Yəni birdən-birə (hər şey mümkündür) Azərbaycan manatının məzənnəsi avroya nisbətən qalxarsa, tariflər avtomatik olaraq “iri” görünəcək.

Beləliklə, qənaət etmək istəyənlər üçün heç olmasa sərfəli məzənnə “ovlamaq” qalır, amma bu çətindir, çünki son vaxtlar manat/avro məznnəsində dalğalanmalar çox cüzidir. 

AviaTravel