17 Fevral 2022, 10:24

Səudiyyə Ərəbistanı zəvvarlar üçün tələbləri yeniləyib

Azərbaycanda Ümrə ziyarətinə getmək istəyənlərin qeydiyyatı davam edir
Səudiyyə Ərəbistanı zəvvarlar üçün tələbləri yeniləyib

Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarlar üçün kiçik Həcc ziyarətinin (Ümrə) tarixlərini açıqlayıb.

Məlumata görə, növbəti tarixlər aşağıdakılardır:

▪️ 17-24 fevral

▪️ 10-17 mart

▪️ 19-26 mart

▪️ 24-31 mart

Azərbaycanda kiçik Həcc ziyarətinə zəvvarların qeydiyyatı 2021-ci il dekabrın 14-dən başlayıb və artıq 40-a yaxın şəxs növbəti qrupa daxil olmaq üçün müraciət edib.

Həcc paketinin qiyməti təxminən 1440 dollardır. Ziyarət yerlərinə daha yaxın otellərin daxil olduğu paketin qiyməti 1630 dollardır.

Qeyd edək ki, Azərbaycandan olan ilk zəvvar qrupu pandemiyadan sonra 2-9 dekabr 2021-ci il tarixlərində kiçik Həcc ziyarətinə gedib. Zəvvarlar 13-20 yanvar, 3-9 və 10-16 fevral tarixlərində kiçik həcc ziyarəti ediblər.

Bununla belə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki, Ümrəyə gələn zəvvarlar yola düşmədən 48 saat əvvəl ya mənfi COVID-19 PCR testi, ya da mənfi antigen testi təqdim etməlidirlər. Bundan əlavə, zəvvarlar üç dozalı vaksinlə peyvənd edilməlidir.

Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, yeni tənzimləmə fevralın 9-da qüvvəyə minib. 

AviaTravel