18 Yanvar 2022, 12:47

Hələlik Qarabağa yalnız Azərbaycan vətəndaşları gedə biləcək. Bəzi biletlər isə pulsuz olacaq

Hələlik Qarabağa yalnız Azərbaycan vətəndaşları gedə biləcək. Bəzi biletlər isə pulsuz olacaq

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, hələlik Qarabağa yalnız Azərbaycan vətəndaşları gedə biləcək.

O, ziyarətçilərin təhlükəsizlik səbəbi ilə gecələməsinə icazə verilməyəcəyini söyləyib. Bildirib ki, vətəndaşlar orada cəmi bir neçə saat vaxt keçirə biləcəklər.

Hümmətov əlavə edib ki, gələcəkdə xaricilər üçün turist səfərləri təşkil oluna bilər.

“İşğaldan azad olunan ərazilərə bilet alan şəxs artıq icazə almış şəxs hesab olunur. Həmin şəxs gedib qayıdırsa, icazə öz əhəmiyyətini itirir”.

Bunu isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, şəhid ailələri, Milli Qəhrəmanlara biletlər pulsuz olacaq: “Həmçinin 60 yaşdan yuxarı olan şəxslərə üstünlük veriləcək. Ümumiyyətlə heç kimə qadağa yoxdur, hər kəs istifadə edə bilər”.

Brifinqdə, həmçinin bildirilib ki, azad olunan ərazilərə gediş hələ ki, yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.