5 Yanvar 2022, 15:43

Azərbaycanda 2022-ci il “Şuşa ili” elan edildi

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda 2022-ci il “Şuşa ili” elan edildi

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraqqərara alıram ki, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin”, - dövlət başçısının saytında dərc olunan sərəncamın mətnində deyilir.

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə prezident İlham Əliyev televiziya ilə xalqa müraciəti zamanı 2022-ci ili “Şuşa İli” elan edib.

“Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”, - dövlət başçısı müraciətində bildirib.