23 Dekabr 2021, 09:37

Facebook-da saxta peyvənd sertfikatları satanların reklamları yayıldı

Onlar təkcə kağız sənədləri deyil, həm də elektron kodlar olan Covid proqramlarını da satırlar
Facebook-da saxta peyvənd sertfikatları satanların reklamları yayıldı

Facebook-da peyvənd olunmayanlara saxta sertifikat satanların reklamları yayılıb. Artıq İngiltərə bu reklamlar sürətlə yayılır.

Facebook rəsmiləri bu cür məzmunu tapdıqda sildiklərini desələr də, elanlarda bu sertifikatların insanlara iş yerlərini qorumaq, müxtəlif fəaliyyətlərdə iştirak etmək və səyahət etməkdə kömək edəcəyi bildirilir.

Bəzi Facebook yazılarının peyvənd olunmamış insanları şifrəli mesajlaşma yolu ilə Telegram vasitəsilə Covid sertifikatları satmağı vəd edən kanallara yönəltməyə çalışdığını müəyyən edən İngiltərədəki Intelligent Sanctuary kiber araşdırma şirkətinin direktoru Jonathan Benton, hətta sizdən hansı peyvəndi yazdıracağınızı belə soruşduğunu bildirib. Keçmiş detektiv Benton qeyd edib ki, internetdə satılan kartların bəziləri yalan məlumatla doldurulmuş real kartlar, bəziləri isə tamamilə saxta sənədlərdir.

Bir çox satıcı ABŞ və Avropa İttifaqı üzvləri daxil olmaqla ölkələrə məxsus sənədləri satdıqlarını iddia edərkən, satıcılardan birinin Portuqaliya, Fransa, Yunanıstan, İspaniya, Avstraliya, Latviya,  Mərakeş və İngiltərə daxil olmaqla 22 ölkədən peyvənd sertifikatı verə biləcəyini ifadə etdiyi ortaya çıxıb. Fırıldaqçılar həmçinin iddia edirlər ki, onlar təkcə kağız sənədləri deyil, həm də elektron kodlar olan Covid proqramlarını da satırlar, çünki bu məlumatları səhiyyə xidmətlərində çalışan tanışları vasitəsilə verilənlər bazasına emal edə bilirlər.

BBC və kibertəhlükəsizlik şirkəti Checkpoint-in 2020-ci ilin dekabrından 2021-ci ilin iyuluna qədər olan dövrü əhatə edən yeddi aylıq araşdırması zamanı müəyyən edilib ki, bir çox dillərdə peyvənd sertifikatları satan Telegram kanallarının sayı əvvəlcə ondan az, indi isə mindən çoxdur.